Leysan olacaq, qar yağacaq - Sabahın HAVASI
1665
02 Dec 2024 | 12:39

Leysan olacaq, qar yağacaq - Sabahın HAVASI

Azərbaycan ərazisində dekabrın 3-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 80-85% olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər