Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda yağışlı hava səbəbindən avtobus sərnişinləri çətin anlar yaşayıb. Gənclik metrosundan Maştağa qəsəbəsinə hərəkət edən "M8" marşrut xətti üzrə avtobusun salonunda damdan su axıb.
Görüntüləri sərnişinlərdən biri lentə alıb. Onun sözlərinə görə, yağışdan qorunmaq üçün avtobusa minən sərnişinlər bu dəfə yağışı avtobusun içində hiss ediblər.
Məsələ ilə bağlı "Bakubus" MMC-dən açıqlama verilib. Bildirilib ki, baş verən nasazlıq dərhal aradan qaldırılıb:
"Araşdırmalar zamanı avtobusun isitmə sisteminin dam hissəsindən keçən boruların birində nasazlıq olduğu aşkarlanıb. Nəticədə, salona maye damması müşahidə edilib. Hazırda avtobus xətdən uzaqlaşdırılıb və texniki təmir işləri aparılır. Avtobusların sazlığı və isitmə sistemləri mütəmadi olaraq nəzarətdən keçirilir".
Hadisə sərnişinlər arasında narazılıq doğursa da, texniki problemlərin aradan qaldırılması üçün tədbirlər görülüb.
Ətraflı "Xəzər Xəbər"in süjetində: