Bizi sosial şəbəkələrdən izləyin:
“Qazlaşma ilə əlaqlə çoxlu suallar var. Ölkəmiz dünya ölkələri sırasında ən yüksək qazlaşamaya malikdir”.
Moderator.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Nazir müavini deyib ki, qazlaşdırmanın ən zəif olduğu yerlər daha çox ucqar, dağlıq kəndlərdir:
“Bunun da aradan qaldırılması üçün işlər aparılır. Ölkədə qazlaşdırma səviyyəsi 96,5 %-dir”.