Azəbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Cəmiyyət
373
28 Nov 2024 | 21:45

Azəbaycanda sabiq deputat məhkəməyə VERİLDİ

Milli Məclisin II çağırış deputatı Sudeyf İmamverdiyev məhkəməyə verilib.
 
Sabiq deputat barədə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məhkəməyə müraciət edilib.
 
İş Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatına verilib.
 
Qeyd edək ki, Sudeyf İmamverdiyev Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimidir. O, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiridir.
 
Milli Məclisin II çağırışının deputatı məşhur "91-lər" sırasında Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olub.(modern.az)
Link kopyalandı!
Son xəbərlər