Bizi sosial şəbəkələrdən izləyin:
"Əvvəlki ildən etibarən Vergi Məcəlləsində edilmiş dəyişikliklərə görə, orta aylıq əməkhaqqı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyektləri olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi gəlir (mənfəət) vergisindən azaddır".
Moderator.az Milli.az-a istinadən xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev deyib.
O bildirib ki, ötən dövr ərzində aparılan müzakirələr, ekspertlərdən gələn müraciətlər və öz təhlillərimiz nəzərə alınmaqla, növbəti ildən mikro sahibkarlara bu güzəştin tətbiqi üçün hər hansı bir şərt qoyulmaması nəzərdə tutulur. Yeganə şərt isə illik dövriyyənin 45 min manatı keçməməsidir. Təlimçilər də sözügedən güzəştlərdən yararlana bilərlər.