Naxçıvanda daha bir qurum LƏĞV EDİLDİ
Cəmiyyət
242
19:46, Bu gün

Naxçıvanda daha bir qurum LƏĞV EDİLDİ

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, federasiya fəaliyyətini dayandırıb və ləğv olunub.
 
Eyni zamanda, muxtar respublikada Azərbaycan Karate Federasiyasının nümayəndəliyi yaradılıb. Nümayəndəliyin rəhbəri isə Nəriman Quliyev təyin edilib.
 
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası 2002-ci il mart ayının 15-də yaradılmışdı.
 
Xatırladaq ki, noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası da fəaliyyətini dayandırıb.
 
Link kopyalandı!
Son xəbərlər