37 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul EDİLDİ
Cəmiyyət
730
27 Nov 2024 | 18:37

37 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul EDİLDİ

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 26 noyabr tarixində Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
 
Bu barədə Moderator.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
 
Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
 
Link kopyalandı!
Son xəbərlər