İranda baş verən zəlzələ Ordubad rayonunda hiss edilib
Cəmiyyət
392
26 Nov 2024 | 21:51

İranda baş verən zəlzələ Ordubad rayonunda hiss edilib

İranda baş verən zəlzələ Ordubad rayonunda hiss edilib.
 
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
 
Bildirilib ki, Ordubad stansiyasından 50 km cənub-şərqdə İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Ordubad şəhərində 3 bala qədər hiss olunub.
 
Qeyd edək ki, Mərənd şəhərində qeydə alınan zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib və maqnitudası 4.4-ə bərabər olub.
Link kopyalandı!
Son xəbərlər