Məzahir Pənahov qadınlara SƏSLƏNDİ
Cəmiyyət
296
18:59, Bu gün

Məzahir Pənahov qadınlara SƏSLƏNDİ

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qadınlara səslənib.
 
O, MSK-nın bugünkü iclasında qadınları bələdiyyə seçkilərində namizəd kimi iştirak etməyə çağırıb.
 
"MSK-nın mövqeyi budur ki, namizədliyi qanunla qadağan edilməyən hər kəs bələdiyyə seçkilərində iştirak edə bilər. Xüsusilə, qadınlara müraciət edirik ki, bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər. Namizədliyə iddialı şəxslər imzaları dairənin hüdudları daxilində toplamalıdırlar. Bu, yerinə yetirilibsə, toplanan imzalarla əlaqədar dairə seçki komissiyasının (DSK) digər məsələlərə münasibət bildirmək hüququ yoxdur", - MSK sədri qeyd  edib.
Link kopyalandı!
Son xəbərlər