Bakı Ağır Cinayətlər Məhkəməsinə 2 hakim ezam edildi
Cəmiyyət
267
15:32, Bu gün

Bakı Ağır Cinayətlər Məhkəməsinə 2 hakim ezam edildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev Suraxanı Rayon Məhkəməsinə ezam olunub.
 
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, Samir Əliyev 2015-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
 
Bundan başqa, Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanova və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərli Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunublar.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin iki hakimi - Əli Məmmədov və Faiq Qəniyev daha yuxarı instansiya məhkəməsi olan Bakı Apellyasiya Məhkəməsinə hakim postuna təyinat alıblar.
 
Bundan əlavə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib. Həmin məhkəmənin hakimi Mahmud Ağalarov təqaüdə göndərilib.
 
Buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim çatışmamazlığı yaranmışdı.
 
Link kopyalandı!
Son xəbərlər