Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
1718
26 Nov 2024 | 15:08

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
 
Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
 
Nazirin əmrinə əsasən, Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Elmir Rövşən oğlu Quliyev vəzifəsindən xaric edilib.
 
Nazirin digər əmri ilə polkovnik-leytenant Əlfağa Ramazan oğlu Ağayev bu vəzifəyə təyin olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər