Bizi sosial şəbəkələrdən izləyin:
Alimlər hansı insanların partnyorlarına daha çox xəyanət etdiyini müəyyən ediblər.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Yeni tədqiqat göstərib ki, güclü insanlar arasında xəyanət etmə ehtimalı əhəmiyyətli dərəcədə daha yüksəkdir.
Mütəxəssislərin sözlərinə görə, güclü insanlar özlərini partnyorlarından üstün hesab edirlər, başqalarından daha az asılıdırlar. Özlərinə daha yüksək dəyər verirlər və başqalarının onları daha arzuolunan hesab etdiklərinə daha çox əmindirlər.
Romantik münasibətlərdə bu cür insanların münasibətlərə daha çox töhfə verdiyini düşünməsinə səbəb ola bilər. Buna görə də özlərini daha arzuolunan partnyor olduqlarının göstəricisi kimi qəbul edə bilərlər.
Alimlər bir sıra eksperimentlər keçiriblər və hamısı göstərib ki, güc qavrayışı bir insanın digər partnyorlara marağını əhəmiyyətli dərəcədə proqnozlaşdırır. Buraya cinsi fantaziyalar, arzular və real qarşılıqlı əlaqələr daxildir. /BAKU.WS/