Cəmiyyət
478
00:58, Bu gün

"Həm "erməni konyakı", həm də "sovet şampanı" terminləri yanlışdır..."

"Həm "erməni konyakı", həm də "sovet şampanı" terminləri yanlışdır..."
 
Sadəlik oğurluqdan daha pisdir. Xüsusilə nəyisə oğurladığını hesab etməyəndə belə olur. Sən, sadəcə, düşünürsən ki, burada qəribə heç nə yoxdur. Elə həm "erməni konyakı", həm də "sovet şampanı" termini belə meydana çıxıb.
 
Moderator.az xəbər verir ki, bunu "gazeta.ru" nəşri yazıb.
 
Rus nəşri yayımladığı məqalədə ermənilərin "fransız konyakı" adı ilə istehsal olunan alkoqollu içkilərin əslində ermənilərin milli içkisi olmadığına diqqəti çəkib. Mayası oğurluq olan ermənilərin burada da oğurluğa əl atdıqlarını açıq-açıq yazıb.
 
"Əgər qaydalar və hüquqa istinad etsək, şampan Fransanın Şampan regionunda istehsal edilən köpüklənən şərabdır. Elə konyak da Fransanın Saranta vilayətinin Konyak şəhərində istehsal edilir.
 
Bu o demək deyil ki, əgər fransız istehsalıdırsa, mütləq daha yaxşı və daha dadlıdır. Guya, o, əsl məhsuldur, digərləri az dəyərlidir. Əlbəttə, yox. 
 
Sadəcə, qaydalar belədir. Məhsul onun istehsal edilən yerin adını daşıyır, onun adı qorunur. Siz isə öz köpüklənən və ya brend məhsulunuzu istehsal edə bilərsiniz və onlar hətta daha yaxşı ola bilər, lakin başqa cür adlandırılmalıdır." - nəşr yazıb.
 
Yeri gəlmişkən, Ermənistan baş naziri Nikol Paşinyan da ölkəsinin alkoqollu məhsullarını konyak adlandırması ilə bağlı danışıb: "Belə olmaz, “Konyak Fransanın qeyri-maddi dəyəridir. Erməni konyakı deyil - erməni brendisi deməliyik".  Hətta bu sözlərindən sonra Paşinyan öz doğma konyakına xəyanət etməkdə suçlanıb.
 
Erməni "konyak"ının fransız konyakından fərqi nədədir?..
 
Əgər siz Konyak regionundan olan konyakla İrəvandan olan konyak arasında fərqi yalnız bürokratik amillərdə görürsünüzsə, bu, heç də belə deyil.
 
Fərqlər üzüm növündən başlayır. Fransız konyakı mütləq ağ üzümdən istehsal edilir, erməni konyakı isə Ermənistanda yetişən o cümlədən qırmızı üzümdən hazırlanır. Doğrudur, turşuma meyvə qabığı ilə təmas olmadan aparılır.
 
İkinci mühüm fərq şəkərdədir. Fransız konyakına (əgər təzə VS və VSOP növüdürsə)  rəngi və dadının korreksiya edilməsi üçün şəkər və ya karamel əlavə edilir.
 
Daha ciddi növ içkiyə distillə edilmiş su və bauze (ətirləyici) əlavə etməyə icazə verilir. Erməni konyakında belə məhdudiyyətlər yoxdur. Bu, həm də çoxillik içkilərə aiddir.
 
Üçüncü fərq onların saxlanılmasındadır. Texnoloji olaraq konyak spirti yalnız palıd çəlləyində saxlanılır. Lakin çəlləklər müxtəlif olur.
 
Fransada onlar limuzin palıd ağacından, Ermənistanda isə Qafqaz palıdından hazırlanır. Ağacın öz "dadı" var və müxtəlif palıd ağacı onlara müxtəlif çalarlar verir.
Link kopyalandı!
Son xəbərlər