Cəmiyyət
466
25 Nov 2024 | 23:17

"2023-cü ildə 85 min nəfər qadın və qız femisidin qurbanı olub" - BMT

"Dünyada hər 10 dəqiqədən bir qadın öz tərəf-müqabili və ya qohumu tərəfindən qətlə yetirilir..."
 
Noyabrın 25-də, Qadınlara qarşı zorakılığın ləğvi uğrunda mübarizə Günündə BMT-nin narkotiklər və cinayətkarlıq üzrə İdarəsi  femisid haqqında hesabat yayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat verib.
 
Məruzədə deyilir ki, 2023-cü ildə 85 min nəfər qadın və qız kişilər tərəfindən qətlə yetirilib, özü də onların 60 faizi qurbana yaxın olan adam tərəfindən törədilib.
 
Hər gün 140 qadın və qız tərəf-müqabilləri və ya ailə üzvləri tərəfindən qətlə yetirilib. Məruzədə deyilir ki, qadın üçün ən təhlükəli yer öz evidir.
 
Ən yüksək femisid (qadınların cinsinə görə qəsdən qətlə yetirilməsi-red.) göstəricisi Afrikada qeydə alınıb (hər 100 min qadına 2, 9 ölüm halı), daha sonra Şimali, Mərkəzi və Cənubi Amerika, habelə Okeaniya gəlir. Avropada bu göstərici ən aşağıdır, hər 10 min qadına 0, 6 ölüm halı düşür.
 
Avropa və Amerikada məişət zəminində qətlə yetirilən əksəriyyət qadınlar (müvafiq olaraq 64 və 58 %) tərəf-müqabillərinin qurbanları, başqa yerlərdə əsas günahkarlar ailə üzvləri olub.
 
Hesabatda növbəti dəfə ədalət məhkəməsinin gücləndirilməsi və zorakılıq qurbanlarına yardımın zəruriliyi vurğulanıb. 
 
Qurbanların xeyli hissəsi onlara qarşı zorakılıq barədə polisə məlumat verib, sonradan qətlə yetirilib, çünki dövlət orqanları heç bir adekvat tədbirlər görməyib.
 
BMT-nin bəyanatında  qanunvericilik normalarının sərtləşdirilməsi və zərərçəkənlər barədə məlumatların diqqətlə toplanılması tələb edilib.
 
Hökumətlər qadınlara qarşı zorakılıqla mübarizə üzrə üzərlərinə böyük öhdəliklər götürməlidir, BMT bəyan edib. 
 
Bundan başqa, qadınların hüquqları uğrunda mübarizə aparan təşkilatlara daha çox vasitələr vermək, cəmiyyətdə qadınlara qarşı zorakılığa mütləq dözümsüzlük mədəniyyəti yaratmaq lazımdır.
Link kopyalandı!
Son xəbərlər