Cəmiyyət
249
25 Nov 2024 | 22:11

"Putinin Avropaya "Oreşnik" raketilə zərbə endirməyə cəsarəti çatacaqmı?" - ekspert rəyi

"Qərb ölkələrinin Sovet İttifaqı, Rusiya qarşısında həmişə məhz raketdən müdafiədə üstünlüyü olub və rusiyalılar bununla bağlı həmişə kompleks yaşayıb..."
 
Kreml diktatoru Vladimir Putin dünyanın Dneprə "Oreşnik" ballistik raketindən zərbəsinə münasibət bildirməyəcəyi təqdirdə Avropaya belə zərbə endirməyi özünə çətin ki, rəva bilsin. Çünki bu, onun üçün yalnız əlavə təhlükə olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə hərbi ekspert, Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı İvan Stupak bəyan edib. Məlumatı "ukr.net" nəşri yayıb.
 
Onun sözlərinə görə, Putin gözəl anlayır ki, Avropa İttifaqı raketəleyhinə müdafiəyə malikdir və bu, sanballı üstünlükdür.
 
"Qərb ölkələrinin həmişə Sovet İttifaqı qarşısında, Rusiya qarşısında məhz raketdən müdafiədə üstünlüyü olub. Rusiyalılar həmişə bununla bağlı kompleks keçirib. Məsələn, "Patriot" sistemləri Rusiyanın hətta ən müasir raketlərini vura bilir, hərçənd, bu sistemlər köhnədir", - ekspert bəyan edib.
 
Stupak əlavə edib ki, bu səbəbdən Rusiya anlayır ki, Avropa ərazisində "sadəcə, hücum edib nəyisə məhv edə bilməz". Lakin bir məsələ qalır, o da avropalıların öz növbəsində işğalçıların təcavüzünə nə ilə cavab verməyə hazır olmasıdır.
 
Bundan başqa, Putin nəzəri cəhətdən nüvə silahından istifadə edə bilər. Bunun ehtimalı sıfırdan yuxarıdır, ekspert hesab edir. Lakin "Oreşnik" raketindən istifadə edilməsi onun "çarəsizlik jestidir".
 
"Bu, Ukrayna istehsalını dayandırmaq üçün heç olmasa "Yujmaş" zavodunu hədəfə almaq üçün nəsə etmək cəhdi olub", - o, vurğulayıb.
 
O, qeyd edib ki, Çin nüvə silahından istifadə edilməsi məsələsinə ciddi yanaşır və Rusiyadan belə addımlara keçməməyi tələb edir.
 
"Oreşnik" raketinin Rusiya tərəfindən istifadəsi-xəbərlər
 
Xəbər verildiyi kimi, belə raketlər il ərzində bir neçə vahiddən çox istehsal edilə bilməz. Hər şey istehsal edən zavodun gücündən asılıdır, bunu aviasiya üzrə ekspert Valeri Romanenko deyib.
 
Bundan başqa, Ukraynanın Braziliyadakı səfiri Andrey Melnik hesab edir ki, Ukrayna "Oreşnik" raketi ilə zərbəyə cavab olaraq Avropa ölkələrindən güclü dəstək ala bilər.
Link kopyalandı!
Son xəbərlər