Küləkli havaya görə sarı xəbərdarlıq verildi
2413
24 Nov 2024 | 14:08

Küləkli havaya görə sarı xəbərdarlıq verildi

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.
 
Bu barədə Moderator.az -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
 
Belə ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Hacıqabul, Salyan, Neftçala, Xaçmaz, Şabran, Quba, Qusar, Xızıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər