Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan ərazisində noyabrın 24-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi İlə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi şərq rayonlarında çiskin. Arabir duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.