İnsanlar bu SƏBƏBDƏN YALAN DANIŞIR 
Cəmiyyət
1055
16:29, Bu gün

İnsanlar bu SƏBƏBDƏN YALAN DANIŞIR 

Çox vaxt günümüzdə insanların yalan danışması adi bir vərdişə çevrilib. Bəs görəsən bu halların intensivləşməsi nədən qaynaqlanır? 
 
Beynəlxalq dərəcəli təlimçi, şəxsi inkişaf üzrə kouç İlahə Adil bu barədə Moderator.az-a danışıb: 
“Təbii olaraq özünü və bəzən də başqalarını qoruma, digərlərinə təsir etmə, cəmiyyətdə qəbul olunma və ya müəyyən nəticələrə çatmaq üçün istifadə olunan vasitələrdən biridir yalan.
 
Yalan danışmağın çoxsaylı və mürəkkəb psixoloji səbəbləri var. İnsanlar müxtəlif vəziyyətlərdə yalan danışmağa meyilli olurlar və bu, onların daxili dünyasında qorxu, inamsızlıq, manipulyasiya ehtiyacı, empatiya və başqalarını qorumaq kimi çox müxtəlif faktorlarla əlaqədardır. Yalan danışmaq, qısa müddətli rahatlıq və qorunma təklif edə bilsə də, uzun müddətli psixoloji nəticələri daxili narahatlıq, etibarın itirilməsi və emosional stress kimi hallara səbəb ola bilər.
Yalan danışmaq vərdişi uşaqlıq dövründə inkişaf etməyə başlayır və ətraf mühit, valideynlərin yanaşması, sosial təzyiqlər və şəxsi qorxular bu vərdişin necə formalaşacağını müəyyən edir. Bu vərdişin qarşısını almaq üçün uşağa dürüstlük və açıq ünsiyyət dəyərləri aşılamaq, valideynlərin və təhsil müəssisələrinin diqqət yetirməli olduğu vacib amillərdir.
 
Heç bilirsinizmi yalanın da öz növləri varmış. Yalan - zərərli yalan - başqalarına zərər vermək və ya onları aldatmaq məqsədilə söylənən yalan, ağ yalan - insanları incitməmək və ya onlara zərər verməmək üçün, çox vaxt kiçik və zərərsiz olan yalan və kompleks yalan - uzun müddət və ya çoxlu detallarla qurulan və gerçəkliklə ciddi şəkildə ziddiyyət təşkil edən yalan olmaqla 3 qrupa bölünür.
 
Bəli, özümüzü qorumaq, məqsədlərimizə nail olmaq, bəzən isə digərlərini qorumaq üçün yalan danışırıq. Bəlkə də o an istəklərimizə nail olub, qısa müddətli faydalar əldə etsək də, uzun müddətdə ciddi mənfi nəticələrə yol açmış oluruq. Atalarımızdan gələn dərin fəlsəfi mənası olan sözü unutmayaq “Yalanın əvvəli şirin olsa da, sonu acı olur”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər