Bizi sosial şəbəkələrdən izləyin:
Noyabrın 21-də Rusiya bildirib ki, Polşanın şimalında ABŞ-ın yeni raketdən müdafiə bazası döyüş hazırlığı səviyyəsini artırıb və bu, nüvə təhlükəsinin ümumi səviyyəsinin artmasına səbəb olacaq. Varşava da Moskvadan gələn daimi təhdidlərin yalnız NATO-nun müdafiə qabiliyyətinin artırılması iddiasını gücləndirdiyini bildirib.
Bu barədə “Amerikanın Səsi” məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə bildirib ki, bu, amerikalıların və onların NATO-dakı müttəfiqlərinin strateji sahədə dərin sabitliyi pozan bir sıra hərəkətlərində növbəti açıq təxribatçı addımdır.
Qeyd edək ki, Polşanın Redzikovo şəhərində, Baltik dənizi sahillərində yerləşən sözügedən baza noyabrın 13-də açılıb.
Polşa Xarici İşlər Nazirliyinin rəsmisi Pavel Voronski bazada nüvə raketlərinin olmadığını, onun tamamilə müdafiə xarakteri daşıdığını bildirib.