Bizi sosial şəbəkələrdən izləyin:
Qadınlar çox şeyə dözməyə hazırdırlar. Amma bəzən kişilər o qədər pis davranırlar ki, xanımlar onları bağışlaya bilmir. Özünə hörmət edən zərif cinsin nümayəndəsinin hətta həqiqətən aşiq olduğu tərəfdaşının belə dözməyəcəyi şeylər var.
Moderator.az Lent.az-a istinadla sizə qadınların bağışlamayacağı 5 şeyi təqdim edir:
Xəyanət
Bir çox qadın tərəfdaşını xəyanət üçün bağışlamağa hazır deyil. Onlar xəyanəti qəbul edə bilmirlər. Şübhəsiz ki, kişilərin əksəriyyəti eyni şəkildə düşünür.
İctimai alçaldılma
Bəzi qadınlarda özünə yüksək dərəcədə hörmət hissi var. Onlardan hər hansı biri çətin ki, ictimai yerlərdə onu ələ salan və ya tənqid edən kişini bağışlasın.
Müqayisələr
Qadınlar zərif cinsin digər nümayəndələri ilə müqayisəyə nifrət edirlər.
"Ancaq dostunuz daha yaxşı bişirir" - bir kişi bu ifadəni desə, onun tərəfdaşı ilə barışması çox çətin olacaq.
Təhqirlər
Özünə hörmət edən bir xanım, onunla söhbətlərində daim təhqiredici ifadələr istifadə edən bir kişi ilə münasibəti dayandıracaq.
Qorxu mühiti yaratmaq
Davamlı hədə-qorxu ilə ailə həyatını dözülməz hala gətirən əri çətin ki, qadın bağışlasın.
Bir xanım belə bir ərdən qorxsa belə, gec-tez onun haqqında düşündüyü hər şeyi ona söyləyəcək və bəlkə də ayrılmaq qərarına gələcək.