Əsassız pensiya ödənişləri ilə əlaqədar əldə edilən vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət
2181
21 Nov 2024 | 13:09

Əsassız pensiya ödənişləri ilə əlaqədar əldə edilən vəsaitin həcmi AÇIQLANDI

"2019-2024-cü illər ərzində fərdi uçotun sağlamlaşdırılması istiqamətində ardıcıl işlər görülüb".
 
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
 
Nazir bildirib ki, 830 mindən çox praktik sosial ödəniş təyinatı bu illər ərzində aparılıb:
 
"Yaşa görə pensiyaların 89%-i praktik olaraq təyin edilib. 2019-2024-cü illər ərzində əsassız pensiya ödənişlərinin dayandırılması və vergi sisteminin tətbiqi ilə 3.1 milyard manat vəsait əldə edilib. Bunun 1.6 milyard manatı dövlət büdcəsinə ödənilib, 1.5 milyard manatı isə investisiyaya yönəldilib".
 
Link kopyalandı!
Son xəbərlər