Bizi sosial şəbəkələrdən izləyin:
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində rəisin müşaviri vəzifəsi yoxdur.
Bu barədə modern.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, müşavir vəzifəsinə yox, rəisin köməkçisi vəzifəsinə təyin olunub:
"Rauf Qasımzadə Strateji planlaşdırma və Monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi təyin olunub".
13:02
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub.
Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidovun müşaviri təyin edilib.
Qeyd edək ki, o bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.
Xatırladaq ki, Aydın Qasımov uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə - Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. /Manset.az/