Sabiq millət vəkilinin vəziyyəti pisləşdi
Cəmiyyət
318
17:50, Bu gün

Sabiq millət vəkilinin vəziyyəti pisləşdi

Sabiq millət vəkili və rektor Ağacan Abıyevin vəziyyəti pisləşib.
 
O, paytaxtda yerləşən xəstəxanaların birində həkim qəbulunda olub, kompleks müayinələrdən keçib.
 
Sabiq deputatın ağciyər tənəffüs sistemində problem aşkarlanıb.
 
Müayinələrdən sonra yüksək hərarəti olan Ağacan Abıyeva müalicə yazılıb.
 
O, saytımıza açıqlamasında faktı təsdiqləyib:
 
“Çox pis virus yayılıb. Həkim müayinəsində keçmişəm. Mənə dərmanlar yazılıb, hazırda Bülbülədəki evimdə müalicə alıram. Başa düşürəm hamının problemləri var. Köhnə dostlarımdan bəzilərini çıxmaq şərtiylə heç kəs mənim vəziyyətimlə maraqlanmır. Axırıncı dəfə Hacıbala Abutalıbov zəng etmişdi, onunla danışmışam”.
 
Qeyd edək ki, Ağacan Abıyev uzun illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı olub. /manset.az/
 
Link kopyalandı!
Son xəbərlər