Bizi sosial şəbəkələrdən izləyin:
Həbsdə olan meyxanaçı Rəşad Dağlının həmkarı Namiq Qaraçuxurlu ilə fotosu yayılıb.
Fotonun Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə Bakıda keçirilən toyda çəkildiyi bildirilir.
Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) 2022-ci il noyabrın 9-da qonşusu İskəndər Mehtiyevi Lökbatan dairəsi yaxınlığında qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Dağlı 9 il azadlıqdan məhrum edilib.(manşet.az)