Bakıda əhalinin 90 %-nin ictimai nəqliyyata çıxışı planlaşdırılır
Cəmiyyət
305
13:00, Bu gün

Bakıda əhalinin 90 %-nin ictimai nəqliyyata çıxışı planlaşdırılır

"Bakıda insanların 90 %-nin ictimai nəqliyyata çıxışının təmin edilməsi planlaşdırılır".
 
Moderator.az xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində keçirilən “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.
 
O bildirib ki, davamlı ekosistemi təşviq etmək üçün Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı öhdəsinə götürüb:
 
“Bu öhdəliyi yerinə yetirmək üçün Azərbaycan hökuməti "Mobilliyin transformasiya proqramı"nı işə salıb. Bu plan çərçivəsində biz Bakı şəhərində fərdi avtomobil səfərlərini 40 % azaltmaq istəyirik. Həmçinin əhalinin 90 %-nin ictimai nəqliyyata çıxışını təmin etmək istəyirik. Eyni zamanda, mikromobillik, xüsusilə velosiped və skuterlər üçün 100 kilometrdən çox infrastruktur yaratmağı hədəfləyirik. Bu proqrama metro, dəmir yolu və avtobus sistemlərinin təkmilləşdirilməsi, mikromobillik həlləri, parkinq obyektləri, prioritet zolaqlar və avtobus şəbəkəsinin optimallaşdırılması daxil olmaqla 60-dan çox təşəbbüs daxildir".
 
Nazir əlavə edib ki, Azərbaycana idxal olunan nəqliyyat vasitələri arasında elektrikli və hibrid nəqliyyat vasitələrinin payı təxminən iki dəfə artıb:
 
"Son bir neçə ildə Azərbaycan hökuməti ekoloji təmiz motorlu nəqliyyat vasitələrinin tədarükünü stimullaşdırmaq üçün ƏDV və gömrük rüsumlarından azad olma daxil olmaqla tədbirlər həyata keçirib. Bu stimullar idxal olunan nəqliyyat vasitələri arasında elektrikli və hibrid nəqliyyat vasitələrinin payının 10,5 %-dən təxminən 20 %-ə qədər, demək olar ki, iki dəfə artmasına səbəb olub".
 
Link kopyalandı!
Son xəbərlər