“Azəristiliktəchizat”: Bütün qazanxana və istilik məntəqələri işə salınıb
1597
20 Nov 2024 | 11:15

“Azəristiliktəchizat”: Bütün qazanxana və istilik məntəqələri işə salınıb

Azərbaycanda istilik mövsümünün başlaması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin balansında olan bütün qazanxana və istilik məntəqələri işə salınıb.
 
Bu barədə “APA-Economics”ə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
 
Onun sözlərinə görə, hazırda “Azəristiliktəchizat”ın balansında olan 557 qazanxana və 88 istilik məntəqəsi işləyir.
 
Elvin Basqallı onu da qeyd edib ki, əgər hansısa bina və ya mənzil istilik almırsa, bu, binadaxili və ya mənzildaxili problemlərlə əlaqəlidir.
 
“Bu məsələlər də müraciətlər əsasında həll olunur. Bizim günün 24 saatı çalışan (012) 956 nömrəli qaynar xəttimiz var”, - Elvin Basqallı vurğulayıb.
 
Qeyd edək ki, Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də, paytaxt Bakı və ölkənin digər rayonlarında isə noyabrın 15-də başlayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər