Qarakənd faciəsindən 33 il ötür
Cəmiyyət
687
00:13, Bu gün

Qarakənd faciəsindən 33 il ötür

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu Mi-8 helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür.
 
Moderator.az xəbər verir ki, Qarakənd faciəsindən 33 il ötür.
 
1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub:
 
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
 
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
 
Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri
 
Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini
 
Vaqif Cəfər oğlu Cəfərov – deputat
 
Vəli Hüseyn oğlu Məmmədov – deputat
 
Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri
 
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
 
İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru
 
Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
 
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
 
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
 
Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini
 
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
 
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
 
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
 
Alı Mustafa oğlu Mustafayev – telejurnalist
 
Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı
 
Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator
 
Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
 
Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
 
Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.
 
Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun ermənilər tərəfindən vurulması faktı təsdiqlənib. Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut ediblər.
 
Ermənilər tərəfindən terror aktının tödərildiyi Qarakənd kəndi 2023-cü ildə düşmən tapdağından azad edilib.
Link kopyalandı!
Son xəbərlər