“Azəristiliktəchizat” istiliyin verildiyini deyir, sakinlər isə... - Açıqlama
Cəmiyyət
329
14:52, Bu gün

“Azəristiliktəchizat” istiliyin verildiyini deyir, sakinlər isə... - Açıqlama

Payız-qış mövsümü ilə əlaqədar noyabr ayının 15-dən istiliyin verilməsinə başlanılsa da, hələ də əksər vətəndaşlar istiliyin olmadığını deyirlər.
 
“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Teleqraf.com-a açıqlamasında bildirib ki, 15 noyabrda balansda olan bütün yaşayış və qeyri-yaşayış binaları istiliklə təmin edilməyə başlanılıb:
 
“Noyabrın 15-dən etibarən “Azəristiliktəchizat” ASC-nin balansında olan bütün qazanxana və istilik məntəqələri işə salınıb. Əgər hansısa mənzildə və binada istilik yoxdursa, bununla bağlı 24 saat ərzində fəaliyyət göstərən 956 qaynar xəttinə müraciət edə bilərlər. İstiliyin olmaması mənzildaxili və ya binadaxili problemdən qaynaqlana bilər”.
 
Elvin Basqallı qeyd edib ki, mənzildaxili və binadaxili problemlərin həlli üçün "Azəristiliktəchizat" ASC tərəfindən lazımi texniki dəstək göstərilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər