Bizi sosial şəbəkələrdən izləyin:
2024-cü il noyabrın 17-də COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilionunda “Qan Donorları Assosiasiyası” İctimai Birliyi “Ekologiyanın insan sağlamlığında rolu” mövzusunda yan tədbir keçirib. Tədbirin əsas məqsədi ekoloji çirklənmənin insan sağlamlığına vurduğu ziyanın müzakirəsi olub.
“Qan Donorları Assosiasiyası”nın rəhbəri Fuad Əsgərov mövzunun aktuallığı barədə geniş bəhs edib. Daha sonra uşaq inkişaf mütəxəssisi Dilşad Musa genofondun və ekologiyanın qorunmasında uşaqların və cəmiyyətin doğru maarifləndirilməsindən danışıb. Türkiyədən ölkəmizdə qonaq olan araşdırmaçı jurnalist Orhan Çınar ekologiyada insan və dinlərin yeri mövzusunda çıxış edib. Tədbir Afrikalı Uşaqlar üçün Beynəlxalq Yardım Fondunun prezidenti xanım Angela Josephlanın, eko-fəal Sərdar Yusif Oğlu, journalist Nəzarbəy Hacıağayev və digər tədbir iştirakçılarının qarşılıqlı müzakirələri ilə müxtəlif istiqamətlərdən baxış bucaqları təqdim edilməklə, davam etdirilib.
.