Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstan Hərbi Yolunda ağır yük maşınlarının hərəkəti qadağan edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.
“Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi və təhlükəsiz keçidin təmin edilməsinin mümkünsüzlüyü ilə əlaqədar, həmçinin Gürcüstan sərhəd polisinin tövsiyələri nəzərə alınaraq, Vladiqafqaz şəhəri hissəsində ağır avtomobillərin hərəkəti - Lars kəndi - Rusiya Federasiyasından çıxmaq istiqamətində 16 noyabr 2024-cü il saat 23:50-dən növbəti xəbərdarlığa qədər qadağandır" – məlumatda deyilir.(APA)