Güclü yağış təsərrüfatlara nə qədər ziyan vurub? -RƏSMİ
Cəmiyyət
213
20:16, Bu gün

Güclü yağış təsərrüfatlara nə qədər ziyan vurub? -RƏSMİ

Keçən ay ölkə ərazisinə normadan artıq yağıntıların yağması fəsadlara səbəb olub. Güclü yağış təsərrüfatlara da təsirsiz ötüşməyib. Ölkənin müxtəlif bölgələrində kənd təsərrüfatı məhsulları, əkilən sahələri su altında qalıb. Bəs görəsən hazırda kənd təsərrüfatında vəziyyət necədir?
 
Mövzu bağlı Moderator.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, kənd təsərrüfatı sahəsini sığortalamış fermerlər zərər dəydiyi təqdirdə Aqrar Sığorta Fonduna müraciət edir, zərər dəyərləndirməsi üçün əraziyə ekspertlər ezam olunur:
 
“Yağışların yağması fəsil üçün xarakterikdir. Belə ki, yağıntılar payız mövsümü üçün xarakterik təbiət hadisəsidir, sadəcə yağıntıların normadan çox olması kənd təsərrüfatında bəzi prosesləri sürətləndirdiyi kimi, bəzi sahələrə də qismən də olsa mənfi təsirini göstərir. Sahələrdə nəmlik səviyyəsinin yüksək olması məhsulun texnika vasitəsilə tam və itkisiz yığılmasına imkan vermir, eyni zamanda davamlı yağıntılar məhsulun keyfiyyətinə də mənfi təsir göstərir. Hazırda bölgələrdə pambıq yığımı davam edir, sahələrdə məhsul boldur, yığımın optimal müddətdə başa çatacağını gözləyirik.
 
Digər tərəfdən yağıntıların taxılçılığa müsbət təsiri var. Hazırda payızlıq əkinlər davam edir. Taxıl əkinlərinin xeyli hissəsi dəmyə ərazilərdə aparılır, dəmyə əkilən taxılı becərilməsi əhəmiyyətli dərəcədə atmosfer yağıntılarından asılıdır. Bu, səpin prosesini sürətləndirir, çünki fermerlər dəmyə ərazilərdə məhz yağıntılardan sonra torpağın alt qatında su ehtiyatı toplandıqdan sonra səpinə başlayırlar”.
Link kopyalandı!
Son xəbərlər