“Prezidentin kinomuza ayırdığı büdcə istehsalata yönəlmir”-Qarabağ mövzulu filmlər niyə azdır?-ARAŞDIRMA
Cəmiyyət
257
00:17, Bu gün

“Prezidentin kinomuza ayırdığı büdcə istehsalata yönəlmir”-Qarabağ mövzulu filmlər niyə azdır?-ARAŞDIRMA

“Qarabağ qələbəmizin kinoda inikası, ifadəsi hələ öz həllini gözləyən bir problemdir. Hələ bu sahədə gecikmələr var. Buna Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq sərt mövqeyimizi bildirmişik. Bizim bu işdən narazılığımız var. Mənə elə gəlir ki, bu sahəyə daha çox diqqət ayrılmalıdır. Xüsusilə bizi narahat edən odur ki, prezidentimizin Azərbaycan kinosuna ayırdığı maliyyə vəsaiti, pullar emal edilmir, istehsalata yönəlmir, yatıb qalır hesabda. Bu mövzuya qənaətdən söhbət gedə bilməz”
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib. O daha sonra əlavə edib:
“Hər il kino istehsalında Qarabağ mövzulu filmlər olmalıdır. Ona görə də vaxtlı-vaxtında ssenari müsabiqələri elan olunmalıdır. İldə iki dəfədən gec olmayaraq ssenari müsabiqələri, iki dəfədən az olmayaraq layihə müsabiqələri həyata keçirilməlidir. Onda bizim ssenari bazamız da çoxalacaq, filmlərin istehsalı artacaq. Bununla yanaşı az da olsa, kiçik də olsa addımlar var. Vaqif Musytafayevin “Həyat deyəsən gözəldir” filmi qələbədən sonrakı situatsiyanı təsvir edir. Təbii ki, ona məxsus olan bir dildə. Bundan başqa “Borc” tammetrajlı filminin çəkilişləri bitib. Onun qəhrəmanı Qarabağ müharibəsinin iştirakçısıdır. Bundan başqa “44” adlı döyüş səhnələri bol olan film çəkilir. Bu filmin də büdcəsi kifayət qədərdir. Hazırda müəyyən sənədli filmlər çəkilir, bu çox azdır. Daim biz bu mövzunu gündəmdə saxlamalıyıq. Mənə elə gəlir ki, Kino Agentliyi, aidiyyatı şöbə Qarabağ filmlərinin həm ssenarisini, həm də maliyyə məsələsini ayrı bir xəttlə etməlidir. Daim bir bu mövzunu gündəmdə saxlamalıyıq. Çünki əks tərəf bu mövzunu gündəmdə saxlayır və beynəlxalq festivallarda yalan mövqeyini göstərir. Kino meydanında uduzmaq olmaz. “Mən burdayam, ilahi” filmi Qarabağ qazisinin hekayəsidir, tam özəl pula çəkilib. İctimai tv və özəl müəllif və prodüsserlərin təşəbbüsü ilə lentə alınıb. Belə təşəbbüsləri də aidiyyatı dövlət orqanı, Kino Agentliyi dəstəkləməlidir” deyə ittifaqın katibi bildirib.
Link kopyalandı!
Son xəbərlər