Bizi sosial şəbəkələrdən izləyin:
Moderator.az xəbər verir ki, Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu əmək qabiliyyəti olmayan şəxslərlə bağlıdır.
Əmək qabiliyyəti olmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur?
Əmək qabiliyyəti olmayan şəxslərin əhatə dairəsi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda əksini tapıb.
Əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları.