Bizi sosial şəbəkələrdən izləyin:
“Bir neçə gün öncə COP29 çərçivəsində ölkəmizə gələn qonaqlar arasında olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı və Belarus prezidenti Lukaşenko çalışdığım məkana gəldilər. Onların məqsədləri də bizim muğamlarımızı, milli musiqimizi dinləmək idi. Musiqimizi dinlədilər, təamlardan daddılar və böyük zövq aldıqlarını bildirdilər. Onlardan başqa Albaniyanın baş naziri Edi Rama, İordaniya kralının oğlu Hüseyin bin Abdullah da orada idi ”
Bunu Moderator.az-a açıqlamasında tanınmış tarzən Rüstəm Müslümov deyib. O daha sonra əlavə edib:
“Tədbirdə xanəndə Mirəli Mirizadə, kamançada isə Elnur Salahov idi. Birləşmiş Ərəb Əmirliklərinin şeyxi dedi ki, məni çox təəccübləndirdiniz. Dedi ki, çox istərdim sizi öz vətənimdə görüm. Çox sadə insan idi. Özü icazə aldı ki, olar sizinlə səhnədə şəkil çəkdirim? Bizim üçün də böyük şərəf oldu. Biz çox xarici ölkələrdə oluruq. Milli musiqimiz, muğamımız çox böyük maraqla qarşılanır. Bu qəribə bir hissdir. Bəzən məni özümdən asılı olmadan kövrəldir də” deyə tarzən ifaçısı bildirib.
Qeyd edək ki, Rüstəm Müslümov məşhur tarzən ifaçısı, xalq artisti Möhlət Müslümovun oğludur.