“Tramp bərpa olunan enerjinin axmaq fikir olduğunu bildirib deyirdi ki...” - ÖZƏL
Cəmiyyət
321
11:41, Bu gün

“Tramp bərpa olunan enerjinin axmaq fikir olduğunu bildirib deyirdi ki...” - ÖZƏL

“COP29-un ölkəmizə birbaşa və dolayısı yolla xeyirləri var. Birbaşa xeyirlərini müəyyənləşdirmək çox asandır. Hansı ki, bu il bütünlüklə “Yaşıl Dünya naminə Həmrəylik ili” oldu. Ölkə COP29-a hazırlaşanda yarıtikili binalar tez tikildi, yarım qalan işlər sürətli şəkildə görüldü. Təsəvvür edin ki, Bakının otaq kapasitesi bu tədbiri yola vermək üçün 50-60 minə qədər artırıldı. Bunların hamısı çox qısa müddət ərzində sürətlə görülən işlər idi”
 
Bunu Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O daha sonra əlavə edib:
 
“Bundan əlavə yollar çəkildi, parklar salındı, işlər görüldü. Bakının ekoloji uyğunluğu artırıldı. Zolaqlar salındı, avtobuslar, velosipedlər üçün əlavə yollar artırıldı. Bir də bu periodda çoxlu sayda tədbirlər oldu, ölkəmizə qonaqlar gəldi. Bu ayın özündə 10 minlərlə insan gəlir Bakıya. Bu iaşə, turizm sektorunda əlavə sahələrdə ciddi sürətdə dövriyyə, aktivlik deməkdir. Bunlar birbaşa görünən işlərdir. Sonradan nə ola bilər? Həm bunları qiymətləndirmək çətindir, həm də sonradan daha böyük perspektiv yarada bilər. Ölkəyə gələn xarici qonaqlar təkcə dövlət nümayəndələri deyil. Gələnlər həm də beynəlxalq təşkilatların, biznes nümayəndələrin rəhbərləridir. Onların hamısında yüksək ştanqlı təmsilçilik var. Bunlarla ölkə nümayəndələri arasında əlaqələr, münasibətlərin formalaşması gələcək əlaqələrdə rol oynaya bilər. Bunları proqnozlaşdırmaq, qiymətləndirmək bir qədər çətindir. Amma onların gətirə biləcəyi faydalar daha çox və uzunmüddətli ola bilər” deyə ekspert bildirib.
Xalid Kərimli bildirib ki, ekoloji çirklənmənin qarşısını almaq üçün bir çox təkliflər hazırlana bilər:
“Karbon vergisinin tətbiqi təklifi dəyərləndirilə bilər. Kim ətraf mühiti çirkləndirirsə ona vergi tətbiq olunsun. Və yaxud da başqa bir təklif də irəli sürmək olar ki, ekologiyanı çirkləndirmə hüququ bazarda hərracla satılsın.. Əvvəlcədən məhdudiyyətlər və fotolar müəyyənləşdirilsin. Bunların hamısı birmənalı olaraq biznesin xərcini artırır. Biznesin təqdim etdiyi məhsulların qiymətini artırır. Ekoloji problemlərin həlli hər zaman eyni olmur. Məsələn, respublikaçıların namizədi Donald Tramp növbəti dəfə prezident seçildi. O bərpa olunan enerjinin axmaq bir fikir olduğunu deyirdi. Deyirdi ki, bərpa olunan enerji birincisi tələbata uyğun enerji verə bilməz, ikincisi də hətta külək turbinləri 10 minlərlə quşun ölümünə gətirib çıxarır, ekoloji problem yaradır. Bu da alternativ fikirdir” deyə iqtisadçı ekspert bildirib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər