Hava ilə bağlı XƏBƏRDARLIQ - Noyabrın 11-i axşamdan...
Cəmiyyət
2107
11 Nov 2024 | 08:40

Hava ilə bağlı XƏBƏRDARLIQ - Noyabrın 11-i axşamdan...

Noyabrın 11-i axşamdan 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
 
Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Link kopyalandı!
Son xəbərlər