Bakıda hər kəsin ala biləcəyi UCUZ və TƏMİRLİ MƏNZİLLƏR – Bu vasitə ilə...
Cəmiyyət
7017
10 Nov 2024 | 17:37

Bakıda hər kəsin ala biləcəyi UCUZ və TƏMİRLİ MƏNZİLLƏR – Bu vasitə ilə...

Azərbaycanda, xüsusən, Bakıda daşınmaz əmlak qiymətləri ildən-ilə artır. Təkcə paytaxtın mənzil bazarında son illər qiymətlərin 40-50 faiz artması müşahidə olunur. Odur ki, bir çox gənc ailə və evsiz vətəndaş daşınmaz əmlak sahibi olmaqda ciddi çətinliklə üzləşir.
 
Bəs görəsən, çıxış yolu nədir? Bu məsələdə dövlətin hansısa tənzimləmə mexanizmləri tətbiq edilirmi?
 
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda bahalaşma tendensiyası bütün dünyada özünü göstərməkdədir:
 
“Təkcə Azərbaycanda deyil, dünyanın demək olar ki, hər bir yerində daşınmaz əmlak qiymətlərində artımlar var. Söhbət burada inkişaf etmiş və inkişafda olan ölkələrdən gedir. Bu tendensiya Azərbaycanda da ildən-ilə davam edir. Çünki artıq torpaq sahələri tükənir və binaların, fərdi yaşayış evlərinin tikintisi üçün ərazilər demək olar ki, qalmır. Belə olan təqdirdə isə qiymətlər artır.
 
Amma alternativ olaraq baxsaq, məsələn, Yasamal rayonunda Şərifzadə küçəsində yeni tikili binalardakı mənzillərin 1 kvadratmetri artıq təxminən 2-3 min manat arası dəyişir. Həmin əraziyə tam yaxın, “ASAN Xidmət”in arxasında MİDA-nın binaları var ki, həmin binalarda dövlətin təqdim etdiyi mənzillərin kvadratı təxminən 900 manat civarındadır. Demək olar ki, 2-3 dəfə daha ucuz qiymət özünü göstərir”.
 
Ekspert qeyd edib ki, dövlətin bu istiqamətdə bir sıra sosial layihələri mövcuddur:
 
“Bundan əlavə, artıq 2020-ci ildən sonra dövlət tərəfindən məcburi köçkünlər üçün tikilmiş yetəri qədər mənzil artıq köçkünlərə verilmir və verilməyəcək. Bunların bir hissəsi, qazilərə, şəhid ailələrinə və satışa çıxarılır. Qiymətləri isə olduqca minimaldır. Həmin mənzillər ərazisinə görə təxminən 700-750 manata və təmirli olaraq satılır. Bu qiymət indiki şəraitdə heç tikintinin maya dəyəri belə eləmir. Bu cür fəaliyyətlərlə dövlət də çalışır ki, aztəminatlı insanlar həm ev ala bilsin, həm də evsiz insanların ev problemi həll olunsun”.
Link kopyalandı!
Son xəbərlər