03:17
14°C
Bakı
Səfər Əlirzayev 270 ailəyə bayram sovqatı göndərib
Bu gün xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək, torpaqlarımızın düşmən işğalından azad olunmasından 4 il ötdü.
Moderator.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü münasibətilə iş adamı Səfər Əlirzayev bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə (ümumilikdə 270 ailəyə) bayram sovqatı çatdırıb.
Bu xeyirxah işə görə şəhid ailələri, qazilər hər zaman Prezidentinə, dövlətinə, xalqına sadiq olan Səfər Əlirzayevə təşəkkür edib, minnətdarlığını bildirib.