Bizi sosial şəbəkələrdən izləyin:
Azad Vətən Partiyasının ( AzVP ) rəhbərliyi Zəfər Günündə II Şəhidlər Xiyabanı, II Fəxri Xiyabanı ziyarət edib, Şəhidlərin xatirələrini anıb, məzarları üzərinə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.
Partiya sədri Akif Nağı qeyd edib ki, Zəfər günü birinci növbədə Şəhidlərimizin, Qazilərimizin, bütün xalqımızın bayramıdır. Bu bayramın tam şəkildə həyatımıza, məişətimizə, şüurumuza daxil olması üçün ciddi çalışmalıyıq.