Bizi sosial şəbəkələrdən izləyin:
Noyabrın 6-da Beynəlxalq Qarabağ Təşkilatının təşəbbüsü ilə onlayn formatda “Zəfərlərdən Zəfərlərə dalğalanan Azərbaycan Bayrağı” ədəbi-bədii tədbir keçirilib.
Moderator.az xəbər verir ki, tədbirdə təşkilatın Türkiyə, Rusiya, İsveç və Azərbaycan bölmələrinin üzvləri iştirak ediblər. Ədəbi-bədii gecədə şəhidlərimizin ruhuna dualar oxunub, torpaqlarımızın azadlığı uğrunda gedən mübarizənin ictimai-siyasi dəyərləri barədə danışılıb, xalqımızın və ordumuzun qəhrəmanlığını tərənnüm edən şeirlər səsləndirilib, Qarabağa aid musiqi əsərləri ifa olunub.
Şamil Mehdinin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycandan BQT-nin koordinatoru Akif Nağı, Ceyhun Tağıyev, Firuzə Əsədullayeva, Elxan Rəhimov, Rəsmiyyə Qarayeva, Türkiyədən Ziya Zakir Acar, Bilal Yücebaş, Gürsoy Solmaz, İsveçdən Ülviyyə Nəcəfova, Kənan Rüstəmov, Rusiyadan Elşən İbrahimov, Xatirə Qəmbərova, Qızqayıt Qədirova, Mahir Miriyev, Elmar Elminur çıxış edərək xalqımızı Böyük Zəfər günü münasibətilə təbril ediblər. Ustad sənətkar Şahin İsmayılovun ifa etdiyi milli musiqi parçaları gecənin bayram əhval-ruhiyyəsini hərarətləndirib. Şair-ruhani Hacı Fərman Qazançı qələbəmizə və şəhidlərimizin ruhina ithaf etdiyi şeirləri ilə tədbirin emosional-mənəvi dəyərini diqqətə çatdırıb. Rusiyadan məktəbli Leyla Qədirova Əlağa Vahidin vətən haqqında yazdığı şeiri gözəl ifa edib və bununla da xaricdəki soydaşlarımızın dilimizə, milli dəyərlərimizə bağlılığını göstərib.