Qeyri-iş günlərində və COP29 ərəfəsində banklar necə fəaliyyət göstərəcək? - RƏSMİ
2078
07 Nov 2024 | 11:48

Qeyri-iş günlərində və COP29 ərəfəsində banklar necə fəaliyyət göstərəcək? - RƏSMİ

Tariximizin şanlı səhifələrini yaşadan Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri olaraq müəyyən edilmiş 08–13 noyabr 2024–cü il tarixlərində bankların və “Azərpoçt” MMC-nin bir sıra filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
 
Moderator.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bildirilib ki, qeyd olunan qeyri-iş günlərində əhalinin və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 19 bankın 180 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 12 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.
 
Həmçinin noyabr ayında əlamətdar günlərin və COP29 tədbirinin təsadüf etdiyi qeyri-iş günlərində Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00-18:00 saatları (13:00-14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.
 
Qeyri-iş günlərində müvafiq maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:
 
Banklar
 
"Azәrpoçt" MMC
 
Valyuta mübadilə məntəqələri
 
Qeyd edək ki, iqlim dəyişikliyinə qarşı beynəlxalq fəaliyyətin təşviq olunmasında əsas platforma kimi çıxış edəcək COP29 konfransının keçiriləcəyi məkanlarda bankların ATM və POS-terminal infrastrukturunun davamlı fəaliyyətinin təmin olunması diqqət mərkəzində saxlanılacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər