Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda küçələrin təmizlənməsində istifadə etmək üçün yeni texnikalar gətirilib.
Moderator.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən sorğumuza cavab olaraq bildirilib ki, bu texnikalar kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi üçün gətirilib:
“Həmçinin küçə və prospektlərin, parkların təmizlənməsi işlərinin mexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə bir qədər əvvəl Bakı Şəhər MKTD-nin sifarişinə əsasən, yeni tozsoran texnika alınaraq Bakıya gətirilib. Bu yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək.
İlkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib. Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub”.