Bu şəxslər üçün qaz və elektrik limiti ləğv edilə bilər - Parlamentdə müzakirə
Cəmiyyət
1690
04 Nov 2024 | 11:19

Bu şəxslər üçün qaz və elektrik limiti ləğv edilə bilər - Parlamentdə müzakirə

Milli Məclisin iclası zamanı bəzi sakinlər, o cümlədən dağ kəndlərində yaşayan vətəndaşlar üçün qaz və elektrik limitinin ləğv edilməsi məsələsi müzakirəyə çıxarılıb.
 
Belə bir təkliflə deputat Əli Məsimli çıxış edib.
 
Millət vəkili bildirib ki, dağ kəndlərində hava soyuq keçdiyi üçün qazdan istifadə çoxalır və limitin tətbiq olunması vətəndaşların büdcəsinə ziyandır:
 
"Qaz və eleketrik enerjisi limiti məsələsinin aradan qaldırılmasını vacib hesab edirəm. Fikrimcə, bu dövlətə maliyyə yükü olmayacaq. Sadəcə dağ kəndlərində yaşayanların vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru çox yaxşı addım olacaq".
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər