Bizi sosial şəbəkələrdən izləyin:
Maraqlıdır, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il tamam olub və hazırda işləyirsə, pensiya necə hesablanır?
Əvvəlcədən pensiya alan şəxsin təqaüdə çıxdıqdan sonar pulunun necə hesablandığını təqdim edirik.
"Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 45-ci maddələrinin 29 iyun 2022-ci il tarixindən sonra qüvvədə olan mətninə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il işləyib və işləməkdə davam edirsə, sonradan işlədiyi və yenidən hesablama aparılmamış sonuncu dövr üzrə toplanmış kapitalı 90%-lə nəzərə alınmaqla 72 aya bölünməklə yenidən hesablanmalıdır. (lent.az)