Agentlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi - Noyabrın 4-ü səhərədək...
Cəmiyyət
1610
02 Nov 2024 | 15:29

Agentlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi - Noyabrın 4-ü səhərədək...

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
 
Bu barədə Moderator.az-a Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.
 
Xəbərdarlığa əsasən, noyabrın 3-ü günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi noyabrın 4-ü səhərədək davam edəcək.
 
Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
 
Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.
 
Link kopyalandı!
Son xəbərlər