Pitonla yatıb-duran azərbaycanlı qız: “Məni qısqanırlar...”-MARAQLI-ÖZƏL+FOTOLAR
Cəmiyyət
2839
24 Oct 2024 | 12:02

Pitonla yatıb-duran azərbaycanlı qız: “Məni qısqanırlar...”-MARAQLI-ÖZƏL+FOTOLAR

“Həyatdakı iki ayaqlı ilanları görəndən sonra heyvanları daha çox sevməyə başladım. Heyvanlarda olan sədaqət insanlardan daha çoxdur. Adamlardan uzaqlaşıb, ilanlarla dostluq etdim. Bir neçə ilanım olub. Onları evdə saxlamaq həm rahatdır, həm də xoşdur. İlanları sevirəm”
 
Bunu Moderator.az -a açıqlamasında evində piton ilanı saxlayan Günəş Musayeva deyib. O daha sonra əlavə edib.
 
“İlanlar insanı o halda dişləyir ki, ac olurlar, qarşısındakı insanı yem kimi görürlər. Belə dişləməkləri yoxdur. Mən ilanı ac saxlamıram axı. Piton adətən ət yeyir. Həm də onları evdə saxlamaq o qədər də çətin deyil, “rasxod”-suz heyvandır. Mənim saxladığım piton ilanın zəhəri olmur. Onlar yalnız sarılmağı, burulmağı sevirlər. Onun da tutmaq qaydasını biləndən sonra heç təhlükəsi yoxdur. Əks halda adamı boğa bilərlər. Bir neçə gün əvvəl bir bəy yanımdan keçdi, diksinib qaçdı. Elə bilirlər ki, üstümdə hər gün ilan gəzdirirəm. Amma əslində üstümdə ilan yox idi. İnsanların çoxu məndən qorxur. Qonşularım artıq alışıb, vərdiş ediblər. Yaxınlarım da məni belə qəbul ediblər. Mən onunla bir yerdə yatıb-dururam, bir yerdə yaşayıram. Bizim günümüz birlikdə gözəl keçir” deyə evində ilan saxlayan Günəş deyib.
 
Günəş Musayeva deyir ki, onun evdə ilan saxlaması bir çoxlarını həvəsə gətirib.
 
“Məni insanlar qısqanırlar, gözləri götürmür. Maraqlısı burasındadır ki, səbəbini özüm də bilmirəm. Vaxtilə ətrafımda çox yaxın rəfiqələrim var idi. Onlar da gedib ilan alıblar ki, diqqət cəlb etsinlər. Amma bu addımı ilk olaraq mən atmışam. Mən heç düşünmürdüm ki, ilan məni məşhurlaşdırar, şöhrətləndirər. Mən ilanlardan heç bir qazanc əldə etmirəm. İlanı sadəcə xobbi olaraq saxlayıram. İlanı həvəsə saxlayıram, şou göstərmirəm. Hazırda həm də “5 üz” verilişində ilanımla birlikdə çıxış edirəm” deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər