Günay Ağamalı:
1991
11 Oct 2024 | 20:57

Günay Ağamalı: "Yenilənən Laçın göz oxşayır"

2020-ci il 44 günlük Zəfər şavaşında Azərbaycanın əldə etdiyi tarixi qələbə Ermənistanı kapituliyasiya aktına imza atmağa məcbur etdi. Həmin il imzalanan üç tərəfli bəyanata əsasən dekabrın 1-də Laçın şəhəri döyüşsüz olaraq  düşməndən geri alındı. Bu tarixi hadisə dövlət rəhbərimiz tərəfindən döyüş meydanında qazanılmış qələbinin diplomatiya müstəvisində davamı idi. 
 
Müzəffər Ali Baş komandan İlham Əliyev tarixi ədalətin bərpası münasibətilə xalqa müraciətində bildirmişdi ki, "Laçın rayonunun düşmən tapdağından azad edilməsi tarixi hadisədir: Özü də bir güllə atmadan biz Laçın rayonunu geri qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əltə etdiyimiz parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxartdı ki, üç  rayonumuz - Ağdam, Kəlbəcər və  Laçın  bizə  qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid  vermədən qaytarmışıq". 
 
Cənab Prezident İlham Əliyevin siyasi iradəsinin və strateji düşüncələrinin ifadəsi olan Laçın şəhərinin işğaldan azad olduqdan sonra yüksək səviyyədə inkişafı hər birimizi sevindirir və qürurlandırır. 
 
Strateji əhəmiyyəti olduqca yüksək olan Laçın rayonunda böyük qayıdışın reallaşması həm psixoloji, həm sosial, həmdə hərbi-siyasi  baxımdan olduqca vacibdir. 
 
Laçın tarixi Qərbi Azərbaycan torpaqlarına giriş qapımızdır. Məhz bu səbəbdən  şəhərdə həyata keçirilən müxtəlif infrastruktur layihələri, sosial və iqtisadi reabilitasiya proqramları, kənd təsərrüfatı və turizmin inkişafı xüsusi diqqətlə icra olunur. 
 
Bu prosses insanların yenidən geri qayıtması ilə eyni zamanda, onların mədəniyyətinin, həyat tərzinin və ənənələrinin bərpasını da əhatə edir.
 
Biz qalib Azərbaycan Respublikasının vətəndaşları olaraq işğalçı Ermənistanın bir addımlığında tarixi ədaləti bərpa etməklə əzəmətli Laçın şəhərini ucaldırıq. Bu düşmənə göz dağıdır.
 
Günay Ağamalı,
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
Link kopyalandı!
Son xəbərlər