Şəhərdəki sıxlığı aradan qaldırmağın YOLLARI - EKSPERT AÇIQLADI
1743
11 Oct 2024 | 14:15

Şəhərdəki sıxlığı aradan qaldırmağın YOLLARI - EKSPERT AÇIQLADI

“Bakıda olan nəqliyyat sıxlığı ilə bağlı uzun zamandır müzakirələr səngiməsə də son illər daha qabarıq halda özünü göstərir. Nəqliyyat sıxlığı ilə bağlı etdiyimiz bəzi səhvləri qəbul edib, onu düzəlməsi istiqamətində addımlar atmalıyıq”. 
 
Bunu TNS-ə açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
 
Ekspert qeyd edib ki, Bakı şəhərinin baş planına əsasən velozolaq şəbəkələri çəkilir: 
 
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev
 - Sputnik Azərbaycan, 1920, 11.01.2024
 
“Bəzi yerlərdə piyada infrastrukturu abadlaşır,  8 Noyabr prospektini vurğulamaq vacibdir. Bu növ işlərin daha da genişləndirmək lazımdır”.
 
Nəqliyyat eksperti həmçinin avtobus zolaqlarının yaratdığı problemlərdən də danışıb:
 
“Daha uzun zaman tələb edən  yol nəqliyyat infrastrukturuna Abşeron yarımadası daxildir. Abşoran yarımadasında dəmir yolu xətti mövcuddur, amma əsaslı təmirə ehtiyac var. Qatarların  sayı artırılmalıdır ki, yer üstü metro kimi fəaliyyət göstərə bilsin.  Həmçinin şəhərdaxili stansiyaların sayın artırmaq məsləhətdir.
Abşeron yarımadasında gələn sərnişin axının şəhər daxilində daha sürətli daşıyan ictimai nəqliyyat vasitəsi metrodur. Baxmayaraq ki , Bakı Metropolitenin 57 ildir fəaliyyət göstərir, amma inkişafı zəifdir, bu da sərnişin sıxlığı da özün göstərir.  Bakı şəhərinin daha sıx olan yerləri Yasamal Rayonu ilə Günəşli arası və Məmmədəmin Rəsulzadə  qəsəbəsi ilə üzü Dəniz kənarı bulvar istiqamətində olan sahədir ki, burada daha çox sərnişin daşıyan növlərə diqqət ayırmalıdır. Bakı şəhərində Dərnəgül Koroğlu arası,  Şah İsmail Xətai, Həzi Aslanov arası metro xətləri inşa edilsə və Dərnəgül deposu tikilsə  və xətlər ayrılsa, İçəri Şəhərdən Badamdarda kimi metro xətti inşa edilsə sıxlıq problemi aradan nisbətən qalxmış olar. Bakı şəhərində gələcəkdə tramvay xətlərinin inşasında  gərək var".
Link kopyalandı!
Son xəbərlər