Xarıbülbül şəhid əsgərlərin xatirə rəmzidir
Cəmiyyət
Oxunub: 196
12:52, Bu gün
Xarıbülbül şəhid əsgərlərin xatirə rəmzidir
  “...O qutuya atdığım bülleten,sadəcə olaraq bülleten deyildi. Bu,erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
                                                                                                                         
                                                                                                                                  İlham Əliyev
                               
(Şuşa ili bağlı essevari yazı)
 
Bir neçə il öncə  Şuşada ekofəlların,vətəndaş cəmiyyəti-QHT və KİV təmsilçilərinin  təbii sərvətlərimizin talan edilməsinə qarşı  birgə keçirilən  dinc etiraz aksiyası fasilə vermədən aylarla davam etdi.Sədası dünya ölkələrini də bürüdü.Mənə də, QHT sədri kimi iki gün həmin aksiyada  iştirak etmək nəsib oldu. Transmilli mütəşəkkil cinayətkarlığın bu növü “Sülhməramsızları”n  gözü qarşısında baş verdiyindən onlar da, bu cinayətlərin bilavasitə iştirakçısı sayılırlar.Azərbaycan sərvətinin  Transmilli  mütəşəkkil  bir dəstə tərəfindən  qəsdən talanması hallarına qarşı “dur”,-deyən olmadı.Qarşı tərəfə açıq-aşkar yardım  və havadarlıq göstərilsə də, etiraz aksiyasının nəticəsi oldu...
 
Bəşəriyyət bir səma altında və bir planetdə   yaşayırsa, bu planeti bəşəriyyət də, xilas etməlidir.İnsandan dəyərli, maraqlı,lakin mürəkkəb davranışa malik bir sosial varlıq  yoxdur.
 
Nə etmək  ki, dinc məqsədlərlə yaşamaq uğrunda çalışan yer kürəsinin 7 milyarddan çox əhalisinin zəhməti batır,dığırlanıb quyunun dibinə düşür.Tanrı insanı yüksək dəyərlərə malik bi biçimdə yaradıb.Təəssüflər olsun ki,70 min əvvəl Homo sapiens-in(ziyalı varığın) təfəkkür qabiliyyətində baş verdiyi müəmmalı dəyişikliklər onu yer kürəsinin canişininə və ağasına çevridiyi   haqq sahibi ekosistemə də, bəla oldu,  narkomanlığa qurşandı, terrorçuluğa meyl etdi, insan alverinin təşkilatcısına və qurbanına çevrildi, quldurluq etdi, vətəndaşların və dövlətin əmlakını talamaqla məşğul oldu,... qətllər törədir, qarətlə məşğul olur, rüşvətxorluq edir və son illər müharibəyə yox demək əvəzinə müharibni təşviq edir.Yəni ümumi maraqdan uzaq durur,yalnız  özünü düşünür və.s.
 
Həyatı bəzəyən insan(ın) əməlidir.İnsan öz əməlinin girovuna uyğun  şəxsiyyət kimi formalaşır və özünü  ünsiyyətcil-kommunikativ davranışları ilə təsdiqləyir.Bu baxımdan hər bir fərd öz dövrünü  yaşayır. İnsan dövrdən, dövr də insandan başlayır,-deyərdim.
 
Dövlətinə mənsub olan,onunla siyasi və hüquqi bağlılığı olan vətəndaş “Kolye“kimi dövlətin boynundan asılı qalmamalı ,çalışmalıdır.Necə deyərlər,hər şeyi dövlətdən tələb edənlərə, Dövlətin də bir sualı ola bilər:”Siz dövlət üçün nə etmisiniz?”...
 
Tanrı xəlq etdiyi hər kəsə çəkisinə uyğun  güc verir. O güc ilə də, yaşamağa məhkumdur.Başqasının gücünə möhtac olduqda yarı yolda qalar. Gedəcək mənzil uzaqdırsa, lap pis. 
 
Xəyala daldığım boş vaxtlarımın birində bəzən uçan quşlar diqqətimi çəkir. Quşlar da, rahat budaq, yer gəzib axtarır. Həvəslənib mən də,rahat yer axtarmaq üçün qanad istəyirəm. Cidir düzündən baxanda mənə uçmaq çox rahat görünürdü...
 
1992-ci ilin may ayının 8-də geriyə Şuşasız qayıtdıq.Şuşaya  “Salamat qal “,-deməyə dilimiz gəlmədi. Topa qara buludlar Şuşanı zəbt etmişdi. O dağ- daşı, çiçəkli yamacları, buz bulaqları özümüzlə apara bilmədik. Nə vaxtsa görüşəcəyimizə heç ümid də,qalmamışdı... 
 
Uzun illər ot basmış doğma cığırlar da ,yad ayaqları  altında çox zarıdı,səsini eşidən olmadı... Şuşa Şəhid olmuşdu!
 
Həyatda Allahın ağıl sahibləri üçün əxz etdiyi ibrətamiz hikmət nişanələri çoxdur.Bəzən dam örtüklərindən axan damcıların daşı tələsmədən necə dəldiyini görəndə heyrət etməmək olmur. Adi baxışda aciz görünən  damcılar yaşamaq üçün necə mübarizə apardığına heyran qalırsan.
 
 Qayaların oyuq-oyuq olduğunu uşaq çağlarımda doğulduğum və boya – başa çatdığım kəndimizin təbiətində seyr etdiklərimi indi, Şuşanın qəribsəmiş dağlarında gördüm. Saf damcıların  içində sezilməyən bir güc varmış... 
 
Buludların da, iri futbol kosu kimi birləşib iti sürətlə göydə  qovulduğuna  şahidlik etdim. “Görən buludların çəkisi varmı”,-sualın cavabını da,sonralar anladım. Sən demə, pənbə buludların çəkisi yerə enən yağmurun çəkisi qədərmiş. 
 
İlahi kəlamlardan oxumuşdum ki,canlı və cansız aləmin içində bir vulkan olur. Çəyirdəyin içindəki tum püskürməsə torpağı çatladıb üzü səmaya doğru baş qaldıra bilməz. Torpaqda yatmış toxumun vulkan tək püskürməsi İlahi zərurətdən baş verir . Çürük tumlara bu cəhət xas deyil. 
 
Şuşanın qisasını almaq üçün düşmənə qarşı bir qəzəb və nifrət  vülkanı  püskərməliydi.O nə gec,nə də tez ,2020-ci lin 8 noyabrında-zəfər günündə  baş verməliydi.İ lahi qədərdə belə yazılıbmış!
 
Torpağa basdırıb ehtiyatda saxladığımız qəzəbin çoşması ilə zəfərin əldə edilməsi  44 gün çəkdi.Şəhidlik zirvəsində adları  həkk olunan gənclərimizin əksəriyyəti həyatdan nakam getsələr də,Vətən sevgisinin himnini öz qanları ilə torpağa yazdılar.Gördüyümüz zülmün kötəyi ilə fironlara qənim olduq ...
 
Rəbbimiz dağları  yer yırğalanmasın,müvazinətini  qoruyub saxlaya bilsin,- deyə torpaq səthinə döşəyib. Vaxt –vədə yetişəndə yerin altı üstünə çevriləcək. Qabarıb içində nə varsa çölə atılacaq.Necə deyərlər,çəkdiyi uzun “hamiləlik” sancısından azad olacaq. 
 
Dəmirin dəmir canı, taxtanın da,taxta canı olur. Dəmirin dəmirçinin körüyündə necə yumşalıb gözləmədiyi şəklə düşməsi, taxtanın da,ustanın əlində aciz görkəmdə qalıb insana  “ram” olması möcüzə deyilmi? Dəmir və taxtanı da... hər şeyi  insan üçün ram edən ODUR!  Yetər ki, ağılla və müdrüklüklə istifadə olunsun.
 
Müasir dünya  yaman cansıxıcı və darıxdırıcıdır. Niyəsini bilmirəm. Bəzən yaxın sandığım, ərk etdiyim, ürək bağladığım insanlarla təmasda olsam belə, əhvalım açılmır. Üsyan etməyin də,faydası yox. Dövran hər tərəfdən kardioloqun təzyiq ölçən aparatından betər adamı sıxır. Düşüncələrim  tüksüz“ətcəbala” quş balaları kimi yuvalarında ağzını açıb “yem” gözləyir. Qanadı olmasa da,pərvazlanmaq istəyi onu  yuvarladıb yerə salır.Nə edəcəkdi ki? Qiyam qoparmağa taqəti, yaradılışa asi olmağa tabı ki,yoxdur.
 
Zamanın böyüdücü şüşəsi ilə dünyaya baxanda nəyisə sübut etməyə ehtiyac qalmır.Onsuz da,hər şey aydın görünür.Sifəti bülövlənmiş  dünyanın  bizimlə üz-üzə durmağa üzü yoxdur. Əlimizdən batmanla aldığı haqqı indi xəlbirlə,qram-qram   qaytarır.
 
Şəhidlərin,qazilərin  və müharibə iştirakçılarının qəhrəmanlıq səlnaməsi başımızı “Ərşi Əlaya” ucaltdı...Onlar gələcək nəslə örnək olan çox şey qoydular.Şuşada günlərlə davam edən və dünyaya görk olacaq dinc aksiya VƏTƏNSEVƏRLƏRİN qürurverici  davranışlarının canlı təzahürü idi.Milli mənliyimizin və birliyimizin əsil RENESSANS-yenidən doğulma  dövrü  tək başlayıb, davam etdi.Xalq-ordu,polis və vətəndaş cəmiyyəti “ÇUBUQ DƏSTƏSİ”(Tək çubuq zəifdir,sındırmaq asandır.) kimi birləşib ağrı-acılara məlhəm qoyuldu.Mən  də ,o dinc aksiyanın iştirakçısı olanda çox şey gördüm.Bizim qəhrəman övladlarımız çoxmuş,çox! Tanrı hər birini qorusun! 
 
Zaman olub Bayrağımız çadırlarda sancılıb.Təbiətin şıltaqlığından dəlik-dəlik olmuş Bayrağımız  elə o çadırlara bənzəyərdi. Xəcalət təri bizi çox üzürdü ,usandırırdı. O çadırlarda igidlər böyüyürmüş, anlamamışıq. Bayraq  sancılan o çadırlar gələcək döyüşçü- igidlərimizin mənzil- qərargahı imiş.Orada 2020-ci ilin qəhrəmanları Mübarizlər,  Poladlar, ƏRTOĞRULLAR  ərsəyə gəldi. Bakı küləyi Bayraqları  dalğalandırdıqca igidlərin barıt qoxulu nəfəsi havada şimşəyə dönüb vaxtını-vədəsini gözləyirmiş. Çadırlardan zamanın boz üzünə baxan yeniyetmələr sonra zamana “ağ”  oldular. Daha yalan vədlərə inanmadıq. Əzabımız uzun oldu, haqqın və ədalətin əsl yozumu isə olmadı. Param-parça, dəlik-dəlik olmuş Bayrağımız Şuşada, Xankəndidə, Kəlbəcərdə, Qubadlıda, Füzulidə... qaldırıldı, şəhid olmuş qəhrəmanlarımıza bələndi... 
 
“Şuşa ,biz səni dirçəldəcəyik”,-zərb məsəli həqiqət oldu.Şəhid olmuş Şəhər- Şuşa “Qəhraman” şəhərə çevrildi. Qəhraman igidlərin qəhramanlığı və iradəsi ilə Şuşa azad oldu. Xarıbülbül Azərbaycan ordusunun ,şəhid əsgərlərimizin  xatirəsinin zəfər simvoluna çevrildi...
 
Şuşa azad ediləndən sonra  nələr çəkdiyini anladıq. Uzun illər övladları əyilib buz bulaqlarından  su içə bilmirdi. Hər dəfə payız, qış gəlib gedəndən sonra, bahar o dağlarda açılmağa xəcalət çəkər, küləklər də, orada yorğun –yorğun dolanardı . Yamaclarda açılan çiçəklərin  solğun ləçəklərinin də,gözəlliyi  qalmazdı. Şuşanı 30 il tənha qoyduq, əhvalını tutammadıq. Bu döyüşün də,zamana ehtiyacı varmış  ,maqamı  çatmalıymış. Cəsarətlərinə qurban ,Şuşanı nəfəslərilə qızdıra bildilər,qanları ilə tarix yazdılar. Vətənə olan  məhəbbət və sədaqət Şuşaya aparan sərt qayalardakı çətin ,keçilməz yolu bir qarışlıq etdi. O izə necə düşdülər? Həmin anlar indi “QƏHRƏMANLIQ” dastanı tək ölkələr tərəfindən öyrənilir və təcrübə edilir...
 
Qalibləri Şuşaya aparan cığır indi Zəfər yoluna çevrilib, o günlərin döyüş səhnəsi bir nağıla dönüb. Həmin o ölüm-dirim anlarında dağlar da,övladlarımıza xəsislik etmədi. Şaxtalı gecələrdə döyüşçülərimizin qəlblərindəki “ Şuşa ocağı”  soyuğu ram etdi.Ocağın şöləsi ünvanı olduğu kimi göstərdi... 
 
Haşiyə çıxıram:Müasir Polşa millətçiliyin atası,pomantik şair Adam Mitskeviç yaşadığı dövrdə Polşanı”millətlərin İsa Məsihi”si adlandırmışdı. Polşanın Rusiya, Prussiya və Avstriya tərəfindən bölünməsindən onilliklər keçdi. 1830-cu ildə polyakların azadlıq üsyanı ruslar tərəfindən qəddarlıqla yatırıldıqdan sonra  Adam Mitskeviç bir əsərində yazırdı:Polşanın dəhşətli əzablara tab gətirməsi, Məsihin fədakarlığı ilə müqayisə ediləcək həddə, bütün bəşəriyyətin fədakarlığıdır və qətlə yetirilən  Polşa da, Məsiha  kimi qayıdıb diriləcək! Məşhur parçada Mitskeviç ürək ağrısı ilə davam edir: Polşa üzünü Avropa xalqlarına tutaraq deyir” Kim yanıma gəlsə ,azad və bərabər olacaq, çünki mən AZADLIĞAM, AZADAM”. Lakin krallar  bunu eşidəndə -AZADLIQ sözündən vahiməyə qapıldıqları üçün polyak xalqını çarmıxa çəkdilər, sonra tabuta qoyaraq qışqırdılar:”Biz AZADLIĞI öldürdük və artıq dəfn etdik”. Amma  bu axmaqların qışqırtısı elə havada qaldı. Polşa və Polşa xalqı ölməmişdi ...
 
Polyakların həyatı Şuşalıların, Xocalıların, Kəlbəcərlilərin, Qubadlıların, Zəngilanlıların... həyatı qədər faciəli olub. İndi azad olunmuş ərazilərdə həyat əvvəlki məcrasına qayıdır...
 
Şükür Allaha ,Şuşada doğma addımların səsi gəldi. Cıdır düzündə cəngi düzüldü. Üzeyir bəyin, Vaqifin , Bülbülün , Xan Qızının tunc heykəlləri o torpaqda “bitdi”. Könül rahatlığımız başlandı. Dərdimizi, səsimizi küləklərə ötürdük. Şuşa   qəhraman şəhərə çevrilib “günahlarımızdan “keçdi. Üşüyən ürəklər Şuşada qızındı. Sorulanlara cavab tapıldı, yaxşını- yamanla tutuşdura bildik.Dostumuzu  və düşmənimizi gec də olsa gördük , tanıdıq! 
 
Cıdır düzü  indiki kimi müqəddəsləşməmişdi,ucalmamışdı. Nə yaxşı ki, yolunda canlarını fəda edənlər oldu...
 
 “İradə olmazsa,çıxış yolu da,tapılmaz”,-müdrik kəlamın gücünü gördük !
 
 
ŞƏMSƏDDİN  MƏNSUROĞLU 
Şuşa. 20 dekabr 2022-ci il 
                                                        
 
 
                      
 
Oxşar xəbərlər
15:06, Bu gün
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
15:00, Bu gün
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
14:55, Bu gün
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
14:54, Bu gün
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
14:50, Bu gün
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
14:44, Bu gün
"Gəldi, amma dostlarının çiynində"
14:38, Bu gün
Kadırov hücum etdi və məğlub oldu
14:32, Bu gün
Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır - FOTO
14:26, Bu gün
Bərdədə Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTOLAR
14:20, Bu gün
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
14:14, Bu gün
Millimiz Ermənistanı məğlub etdi
14:08, Bu gün
Penitensiar Xidmətdə şəhidlərimizin xatirəsi yad edildi - FOTOLAR
14:02, Bu gün
DİM gələn ilin buraxılış imtahanlarının proqramını AÇIQLADI
13:57, Bu gün
Britaniya səfirindən Anım Günü ilə bağlı paylaşım - FOTO
13:53, Bu gün
Xətai rayonunda yanğın - VİDEO
13:51, Bu gün
Vilayət Eyvazov Zəfər parkında olub - VİDEO
13:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı paylaşım etdi - FOTO
13:41, Bu gün
Bu giləmeyvənin suyu orqanizmi 17 növ xərçəngdən qoruyur
13:36, Bu gün
Qələbəyə aparan yeganə yol – 27 sentyabr 
13:30, Bu gün
"Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə veriləcək" - Devid Lemmi
13:25, Bu gün
21 yaşlı qız faciəli şəkildə öldü: Toyu olacaqdı
13:20, Bu gün
“Qara pul” olan 254 milyonunu ölkədən qaçıran 6 nəfərlik dəstə hakim qarşısında 
13:14, Bu gün
“Qarabağ” - “Malmö” matçının biletləri satışa çıxarıldı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
13:03, Bu gün
Hikmət Hacıyev Anım Günü ilə bağlı paylaşım etdi - VİDEO
12:58, Bu gün
"ABŞ özünün çoxdankı qlobal lider rolunu davam etməlidir..."
12:52, Bu gün
Xarıbülbül şəhid əsgərlərin xatirə rəmzidir
12:47, Bu gün
Təkbaşına 22 düşmən əsgərini məhv edən qəhrəman zabit
12:41, Bu gün
Sabaha olan hava proqnozu AÇIQLANDI
12:36, Bu gün
Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki... - FOTO
12:30, Bu gün
İçərişəhərə maşınlar buraxılmayacaq? - VİDEO
12:25, Bu gün
Sevgi ötəri, izi daimi: Aldatma bu xəstəliklərə səbəb olur
12:20, Bu gün
Həyatda həlledici məqamla üz-üzə olan 4 BÜRC: astroloqlardan XƏBƏRDARLIQ
12:15, Bu gün
Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO
12:10, Bu gün
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO
12:05, Bu gün
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlandı
12:01, Bu gün
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
11:58, Bu gün
Kamal Abdullanın “Seçmələrin seçməsi - qranulalar” kitabının təqdimatı keçirilib - FOTOLAR
11:54, Bu gün
“Balaxanı dairəsi”ndə təmir işləri aparılacaq
11:50, Bu gün
Zabrat yoluna avtobus zolağı çəkildi - FOTO
11:46, Bu gün
Səttar Möhbalıyevin xanımı işdən çıxarıldı
11:44, Bu gün
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
11:40, Bu gün
“Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi” - Kamaləddin Qafarov
11:35, Bu gün
27 Sentyabr - Anım Gününə həsr olunan fləşmob keçirilib - VİDEO
11:32, Bu gün
Tramp sosial mediada saat satmağa başladı: Qiyməti heyrətləndirdi - FOTO
11:24, Bu gün
Putinin nüvə təhdidlərinə AB-dən cavab
11:19, Bu gün
AzTV-nin əməkdaşının azyaşlı qızının bağçada ölməsi ilə bağlı araşdırma aparılır
11:11, Bu gün
Dünyadakı bütün qurular okeanlar və bütün okeanlar quru olsaydı NƏ BAŞ VERƏRDİ?
11:00, Bu gün
İnfarktın 10 gizli əlaməti- EKSPERT AÇIQLADI
10:52, Bu gün
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
10:39, Bu gün
Oqtay Əsədovun xanımının yerinə TƏYİNAT
10:31, Bu gün
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
10:21, Bu gün
Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır
10:11, Bu gün
Vətən uğrunda canlarını qurban verənlərlə qürur duyuruq - ŞƏRH
10:00, Bu gün
Azərbaycanda bir günü 1000 manata evlər təklif edilir - VİDEO
09:52, Bu gün
Göyçayda qadın toy mərasimində ölüb
09:33, Bu gün
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
09:30, Bu gün
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
09:26, Bu gün
"Aqrora"nı cərimə gözləyir
09:23, Bu gün
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO
09:16, Bu gün
Pik saatlarda metroda eskalatorlar niyə işə salınmır? - VİDEO
08:59, Bu gün
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
08:41, Bu gün
Zülfiyyə İbrahimova vəfat etdi - FOTO
08:31, Bu gün
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
08:23, Bu gün
Gözəllik ondur, biri də... plastik əməliyyat - “başqa adama” çevrilənlərə DİN nə deyir?
08:00, Bu gün
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
07:34, Bu gün
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusu gizlənir..." -  Müdafiə nazirləri...
06:26, Bu gün
27 sentyabr böyük zəfərin təməlinin qoyulduğu şərəfli tarixdir
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
GÜNLÜK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 15:42
Zaur Kamalın oğlu: "Universitetdə gəzə bilmirəm, deyirlər ki..." - VİDEO
26 Sep 2024 | 16:21
Azərbaycanın müdafiə sənayesində YENİ MƏRHƏLƏ: Türkiyəli general DETALLARI AÇIQLADI – FOTO
26 Sep 2024 | 16:49
Bakıda taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni layihənin icrasına başlanılır
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 15:42
Zaur Kamalın oğlu: "Universitetdə gəzə bilmirəm, deyirlər ki..." - VİDEO
26 Sep 2024 | 16:21
Azərbaycanın müdafiə sənayesində YENİ MƏRHƏLƏ: Türkiyəli general DETALLARI AÇIQLADI – FOTO
26 Sep 2024 | 16:49
Bakıda taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni layihənin icrasına başlanılır