“Rəsulzadəni ilk dəfə tut yeyərkən görmüşəm” - Manaf Süleymanov
Oxunub: 1526
17 Sep 2024 | 14:42
“Rəsulzadəni ilk dəfə tut yeyərkən görmüşəm” - Manaf Süleymanov
Manaf Süleymanov adı Azərbaycan oxucusuna “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” (Bakı, 1987) adlı kitabı ilə tanışdır. Həmin kitabda yazılan bəzi məlumatları bu gün mübahisələndirmək mümkün olsa da, Azərbaycan Cümhuriyyəti, çar Rusiyası dövrü haqqında bir çox maraqlı bilgilər orijinallığını qorumaqdadır. Bu kitabdan əlavə onun “Müsəlman dünyasında ilk xalq cümhuriyyəti” (Bakı, 1999) adlı kitabı da mövcuddur.
 
Manaf müəllim lahıclı olduğu üçün işğaldan sonra qısa müddət Lahıc qəsəbəsində gizlənən Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə haqqında söylədikləri də olduqca maraqlıdır. 1993-cü ildə M. Süleymanov “Azərbaycan” qəzetinə (Əmir Mustafaya) maraqlı müsahibə verib. Həmin müsahibəsində o, Rəsulzadəni görməsi, onun Lahıcdakı həyatı ilə bağlı çox detallı bilgilər deyib.
 
Qeyd edək ki, Manaf Süleymanov 1912-ci il martın 3-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində doğulub. 1930-cu ildə pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirib, ardınca 1932-1937-ci illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə tamamlayıb, kəşfiyyatçı-dağ mühəndisi adını alıb. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olub.
 
1947-ci ildə “Azərbaycan” jurnalında “Yerin sirri” romanı dərc edilib. Ədəbi yaradıcılığını davam etdirərək ingilis dilindən bədii tərcümələr edib, dövri mətbuatda məqalələr qələmə alıb. Sovet dövründə “Fırtına” (1960), “Zirvələrdə” (1973), “Dalğalar qoynunda” (1977) kimi kitabları işıq üzü görüb. Müstəqillik illərində yuxarıda qeyd etdiyimiz kitabları ilə yanaşı “Azərbaycan diyarı Lahıc: etnoqrafik-bədii lövhələr” (1994), “Ağamusa Nağıyev” (1994), “Son bahara çatdıq” (1996), “Hacı Zeynəlabidin Tağıyev” (1996), “Şagirdlik illərim” (2001) kimi əsərləri çıxıb.
 
O, 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.
 
“Kəndimizdə Müsavat Firqəsini o təsis eləmişdi”
 
Manaf Süleymanov müsahibəsində Lahıcda və Bakıda keçirdiyi uşaqlıq günlərindən, ilk müəllimlərindən bəhs edib:
 
“Mən qədimdə, elə indinin özündə də məşhur misgərləri ilə şöhrət qazanmış Lahıc qəsəbəsində tacir ailəsində dünyaya göz açmışam. Lahıc əsrin əvvəllərində yeddi para məhəllədən ibarət olub. Hər para məhəllənin öz bulağı, öz məscidi. Təxminən 10 minə yaxın əhalisi olub. Lahıcın mollaxanası, mədrəsəsi və rus dilində ibtidai məktəbi var idi. Burada ən çox xatırladığım adam Məhəmmədrza Məlikovdur. O, müəllim və tanınmış loğman idi. Xorasanda, Ərəbistanda təhsil görmüşdü. Ərəb və fars dillərini mükəmməl bilirdi. Bir gün anam mənə üç manat qızıl pul verib dedi ki, bu pulu apar ver Molla Məhəmmədrzaya, boş vaxtlarında sənə hüsn-xətt öyrətsin. O, “Min bir gecə”dən, Şərq aləmində məşhur ədiblərin əsərlərindən parçalar nəql eləyirdi. İnşa yazdırardı. Ərəb hürufatını, yazıb-oxumağı ondan öyrənmişəm. Məşhur pedaqoq Qafur Rəşad Mirzəzadə də, hansı ki, indi Bakının küçələrinin biri onun adını daşıyır, o da mənim ilk müəllimlərimdən olub. Lahıcda mənə dərs demiş Rəsul Rəhimli Müsavatın üzvü idi və kəndimizdə Müsavat Firqəsini o təsis eləmişdi. O da mənim unudulmaz müəllimlərimdən biri idi. Bakıya gələndə mənim 14-15 yaşım vardı. Şamaxı yolundakı məktəbdə təhsilimi davam etdirmişəm. Xəyalımda tez-tez andığım, anışdırdığım adamlardan biri də Səməd bəy Acalovdur. Məktəb müdirimiz idi. Çox zəhmli bir kişi idi. O, məktəbdə görünəndə uşaqlar dəhliz boyu səf-səf düzülərək divara qısılırdılar. Uşaq döyməzdi. Onun bircə sərt baxışı kifayət idi. Sultanməcid Qənizadənin bir sözü tez-tez yadıma düşür: “Müəllimin evi məktəb, varı-dövləti dərs dediyi şagirdləri, ən yaxşı istirahəti isə təshih etdiyi dəftərlərdir”.
 
“Bu əsər atamı yandırıbdır”
 
Manaf müəllim məşhur “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabını necə ərsəyə gətirməsi haqqında bu bilgiləri verib:
 
“Roman düz 40 illik axtarışlarımın bəhrəsidir. Onu yazmaq üçün məni yasaq olunmuş dövlət arxivlərinə yaxın qoymurdular. Bu işdə tələbə yoldaşım, köhnə bakılı, o zaman SSRİ neft və qaz sənayesi naziri Baybakova müraciət elədim. O, mənə məktub verdi və onun köməyi ilə arxivlərdə gecəmi-gündüzümə qatdım. Bu əsər atamı yandırıbdır, sağlamlığımı əlimdən alıbdır. Yazıb bitirmişdim, amma mövcud rejimə görə hələlik üzə çıxara bilmirdim. Ancaq fəhmlə hiss eləyirdim ki, zaman belə qalmayacaq. 1984-cü ildə əsər “Azərbaycan” jurnalında üç çap vərəqi yarım həcmində nəşr olundu... Bilirdim ki, DTK-da MK-da millət atası Zeynalabdin Tağıyevin, Məhəmmədəmin Rəsulzadənin adlarını neçə kərə hallandırdığımın hesabını aparacaqlar. Bununla belə, ürəyimin çağırışına sadiq qaldım”.
 
 
“Lahıcda Məhəmmədəminin gizləndiyi 17 ocaq tanıyıram”
 
Məhəmmədəmin Rəsulzadənin Lahıcda keçirdiyi günlər haqqında M. Süleymanov çox maraqlı məlumatlar bölüşüb, onu şəxsən gördüyünü ifadə edib:
 
“Məhəmmədəmin 1920-ci ilin iyul, avqust, sentyabr aylarında Lahıcda olubdur. Onda mən uşaq idim. 13-14 yaşım vardı. İlk dəfə onu Məşədi Ağa Şərifin bağında tut yeyən görmüşəm. Mühafizə edənləri çox idi. Əlabbas bəy Nəsrullabəyov onu evində iyirmi gündən artıq gizlədib. Onun evi bizim Zəvara məhəlləsində idi. Məhəmmədəminin yerini tez-tez dəyişirdilər. Dabbaq Məşədi Səlim onu bir ara Qoydon kəndində qohumlarının evində yerləşdirmişdi. Məhəmmədəmini ən çox Məmməd Sadıq Mirzə oğlunun uşaqları qoruyurdular. Onların əsləhələri vardı. 12 qardaş idilər. Məhəmmmədəmin Muradon məhəlləsində ana babamın evində iki həftə qalıbdır. Onu qoruyan, gizləyənlərdən biri də dəli Mahmudun oğlu Məşədi Əsəd idi. Bir gün Lahıca əlli nəfərdən artıq milis işçisi gəldi. Tökülüşüb başladılar evlərdə Məhəmmədəmini axtarmağa. Sən demə, o zaman Məhəmmədəmini lahıclılar Bədavan məscidinin minarəsində gizləyirlərmiş. Gecələrin birində onu Girdiman çayından keçirib İsmayıllıya tərəf yola saldılar. Onu ələ keçirmək üçün Lahıcdan revkomun adamları da getmişdilər. Məhəmmədəmini tutub Lahıca gətirdilər. Lahıcda Sazonov adlı bir həkim yaşayırdı. Kənddə fotoaparat təkcə onda idi. Hökumət adamları Sazonovu tapıb gətirdilər ki, ona Məhəmmədəminin şəklini çəkdirsinlər. Sazonov fotoaparatı sazlayarkən neqativ sındı. Neqativ o vədə şüşədən idi. Məhəmmədəmin ərəbcə bir ayə söylədi və “Allaha min şükür, amanda olacağıq” – dedi. Həkim fotoaparatını yenidən sazladı və bu dəfə neqativ çilik-çilik oldu. Məhəmmədəmin ərəbcə bir başqa ayə pıçıldadı: “Gedəcəyik, Allah qoysa, salamatçılıq olacaq”. Onu ata mindirdilər, Lahıcdan Basqala doğru apardılar, oradan da Bakıya yola saldılar. Stalin tərəfindən xilas edilməsi faktı isə oxuculara kitabdan bəllidir. Lahıcda Məhəmmədəminin gizləndiyi düz 17 ocaq tanıyıram...”.
 
“Sən ağzı süd qoxulu çağasan hələ”
 
M. Süleymanov Rəsulzadə ilə Əliheydər Qarayev arasında olan qalmaqaldan da bəhs edib:
 
“1920-ci ilin martın 3-də Müsavat hökuməti bolşevik firqəsinin növbəti qəsdinin üstünü açdı. Azərbaycanda Müsavat hökumətini yıxmaq üçün bolşeviklər müəyyən dəstələr düzəltmişdilər, xüsusi qərargah yaratmışdılar. Respublikada qarmaqarışıqlıq salmaq, anarxiya vəziyyəti yaratmaq məqsədilə Moskvadan Azərbaycana 17 milyon manat Nikolay pulu gətirilmişdi. Bolşeviklərə bu pul terror üçün, bir də rüşvət vermək üçün gərək imiş. Bu işə iblis Mikoyan rəhbərlik edirmiş. Müsavatı yıxmaqdan ötrü hər cür hazırlıq görülmüşdü. Xarici mərkəzlərlə də əlaqələr yaradılmışdı. Cümhuriyyət bolşeviklərin bu tələsinin üstünü açdı və parlamanda qalmaqal qopdu. Bolşevik “Hümmət” təşkilatının lideri Əliheydər Qarayev çıxışında dedi: - “Sərxoş Denikinin adamları Qarabağda erməni ordusuna kömək edir, ona qahmar durur. Müsavat hökuməti onun qarşısını almaq əvəzinə terrorçuluqla məşğuldur. Bolşeviklərə qəsdlər təşkil edir, adam öldürtdürür. Əgər bolşeviklərlə razılığa gəlsəydiniz, şura hökuməti sizi tanıyacaqdı. Gecikmədən Sovet Rusiyası ilə danışıqlar aparmaq lazımdır”.
 
Məhəmmədəmin ayağa qalxdı və Əliheydərə sinirli-sinirli dedi: “Müsavata qarşı üsyan təşkil etmək, istər Qarabağda, istərsə də Bakıda olsun, fərqi yoxdur, mahiyyət eynidir. Üsyan təşkil edənin adı istər Əliheydər olsun, istərsə də Vartazar, ikisi də asidir. Bununla siz bolşeviklər millətin haqqını tapdalamaq istəyirsiniz. Rusiya ilə danışığa gəldikdə isə Əliheydərlə hesablaşmaq başqa şeydir, Rusiya ilə hesablaşmaq bambaşqadır”. Əliheydər Qarayev dedi: “Rusiya Azərbaycan füqərayi-kasibəsinin qolundan yapışmaq istəyir. Bizim bayrağımıza qiymət vermək niyyətindədir”. Məhəmmədəmin cavab verdi: “Əliheydər, bunu biz səndən yox, Çiçerinin dilindən eşitmək istərdik. Sən ağzı süd qoxulu çağasan hələ. Sənə çox şeylər qaranlıqdır””.
 
Qeyd edək ki, M. Süleymanov “Azərbaycan diyarı Lahıc: etnoqrafik-bədii lövhələr” kitabında da M. Rəsulzadənin Lahıcda qaldığı evlər haqqında maraqlı bilgilər verib. O qeyd edib ki, Lahıcda, demək olar ki, M. Rəsulzadəyə bütün xalq ehtiram göstərmişdi: “Elələri də vardı ki, göz görə-görə özünün, ailəsinin və böyük nəslinin məhv olmasından qorxmamışdı”.
 
Dilqəm Əhməd
Teleqraf.com
 
Oxşar xəbərlər
12:32, Bu gün
Gürcüstanın Baş naziri Naxçıvan inşaatçılarının tikdiyi yolun açılışını edib - FOTO
12:25, Bu gün
Qüdrət Həsənquliyev: “İran bununla özünün məhvinə fərman vermiş olar” - MÜSAHİBƏ
12:22, Bu gün
Leyla Əliyeva "Tağıyev: Neft" bədii filmi ilə bağlı paylaşım edib
12:20, Bu gün
İsrailin xarici işlər naziri Xameneiyə xəbərdarlıq edib
12:06, Bu gün
Onlara qarşı saxta ittiham və içgəncələrə görə bir nazir, 3 şöbə rəisi həbs edildi...-İBRƏTAMİZ
11:44, Bu gün
Zəngilanda yeni yaşayış kompleksi belə olacaq
11:39, Bu gün
Ukrayna UEFA-da yerini itirdi - Nə baş verib?
11:30, Bu gün
Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - FOTO
11:21, Bu gün
Köməksiz vəziyyətdə qalan 3 azyaşlı xilas edildi - Video
11:17, Bu gün
Metroda ölüm hallarının qarşısını necə alaq? - Ekspert
11:09, Bu gün
İsrail onları təcili təxliyəyə çağırdı
10:59, Bu gün
"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - VİDEO
10:45, Bu gün
Prezidentin ölkəmizə qarşı düşmənçilik siyasəti aparanlara Cəbrayıldan ciddi mesajın DETALLARI 
10:42, Bu gün
"Terroru, vəhşəti, qətliamı dəstəkləyən hansısa dövlət, yaxud xalq haqlı ola bilməz…”
10:39, Bu gün
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
10:31, Bu gün
Dünyada 2, bizdə isə 6 manat: Azərbaycanda bu məhsulu əhaliyə niyə 3 dəfə baha satırlar?
10:19, Bu gün
Aİ Çin avtomobillərinə 35,5 faizə qədər vergi tətbiq edəcək
10:17, Bu gün
Mirasla bağlı nələri bilməliyik? - Vəkil məsləhəti
10:10, Bu gün
Oktyabr sevgi ayıdır: Bürcləri nə gözləyir?
10:00, Bu gün
Metroda bunu edənlər 200 manat CƏRİMƏLƏNƏCƏK
09:51, Bu gün
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
09:48, Bu gün
Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
09:38, Bu gün
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək
09:30, Bu gün
Bu tarixdən Bakıda hava kəskin pisləşəcək - Temperatur 5-6 dərəcə enəcək
09:26, Bu gün
Nazir müəllimləri təbrik etdi
09:17, Bu gün
Kənddə doğuldu, Harvardda oxudu, ABŞ-da təhsil şirkəti qurdu...
09:16, Bu gün
Dəhşətli cinayət: Kişi sevgilisinin başını kəsib qala divarlarından atdı - VİDEO
09:09, Bu gün
Toya şortikdə gedən Ayandan tənqidlərə CAVAB
08:58, Bu gün
Bakıda yeni bulvar salınır - VİDEO
08:54, Bu gün
“Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..”
08:49, Bu gün
Ani ölümdən xilas olmaq istəyirsinizsə, bunu edin! – VACİB MƏSLƏHƏT
08:40, Bu gün
Dünya supergücləri arasında total müharibə XƏBƏRDARLIĞI
08:31, Bu gün
Şəxsiyyət vəsiqəsinin itirilməsi və oğurlanması zamanı nə etməli?
08:22, Bu gün
Maqnit qasırğaları zamanı sağlam qidalanmanın yolları
08:17, Bu gün
Xəzərdə nə baş verir? - Hərəkətə keçildi - VİDEO
08:09, Bu gün
Fransanın yeni Baş naziri istefaya göndərilir?
08:03, Bu gün
15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı - DETALLAR
07:54, Bu gün
Qazlı içkilər hansı xəstəliklərə səbəb olur? – Həkimlər həyəcan təbili çalır
07:27, Bu gün
Ukrayna ordusu Şimali Koreyanın 6 işğalçı zabitini gəbərtdi...-GÖZLƏNİLMƏZ
04 Oct 2024 | 23:16
“Az qalmışdı ki...” - Mətanət İsgəndərli həqiqətənmi qayıqdan yıxılıb? - hadisənin TƏƏSÜRATLARI..
04 Oct 2024 | 23:12
"Ümid edirəm ki, sağ-salamat qayıdacağıq" - Pezeşkian
04 Oct 2024 | 23:05
Stoltenberq: Avropanın hərbi potensialı Rusiyanınkından aşağıdır
04 Oct 2024 | 22:59
“"İlin müəllimi" müsabiqəsinin keçirilməsi müəllimlər üçün motivasiya mənbəyi yaradar”- Təhsil ekspertindən təklif-ÖZƏL
04 Oct 2024 | 22:57
Qan xərçəngi ilə əlaqəli əsas gen tapıldı
04 Oct 2024 | 22:50
Türkiyədə zəhəri ilə insanı öldürə bilən hörümçək: Balalarını kürəyində daşıyarkən görüntüləndi - FOTO
04 Oct 2024 | 22:43
Bu məhsul 50 yaşdan sonra daha az yeyilməlidir
04 Oct 2024 | 22:35
Yarışdan uzaqlaşdırıldı: zorlamada ittiham olunur?
04 Oct 2024 | 22:23
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?
04 Oct 2024 | 22:18
"Şimali Koreyanın köhnə və etibarsız mərmiləri sayəsində Rusiya döyüşdə üstünlüyünü saxlayır" - "Foreign Policy"
04 Oct 2024 | 22:10
COVID-19 Aydakı temperatura da təsir edibmiş: Alimlərdən heyrətamiz açıqlama
04 Oct 2024 | 22:00
Evdə təmir aparan usta hündürlükdən yıxıldı və...
04 Oct 2024 | 21:53
Azərbaycanda müəllim intihar etdi - FOTO
04 Oct 2024 | 21:48
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
04 Oct 2024 | 21:40
Soyuq havalarda avtomobilinizin problemsiz işləməsi üçün 5 vacib addım
04 Oct 2024 | 21:36
Rusiya eyni anda Qərbdəki onlarla beyin mərkəzinə hücum etdi
04 Oct 2024 | 21:26
"Ukraynanın şərqində Rusiyanın hücumu nə zaman başa çatacaq?" - ISW
04 Oct 2024 | 21:15
Kişi arvadını öldürdü - Səbəb dəhşətə gətirir
04 Oct 2024 | 21:08
Keçmiş baş nazirin hamamından dinləmə cihazı çıxdı
04 Oct 2024 | 21:00
“İsrailin neftayırma zavodlarını vuracağıq”
04 Oct 2024 | 20:53
Teleqramda problemlər nədən qaynaqlanır?
04 Oct 2024 | 20:45
Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir - 7 ilədək həbs
04 Oct 2024 | 20:37
Məsciddə turist kişilər qadın ətəkləri geyindilər - VİDEO
04 Oct 2024 | 20:32
Şəkidə bu tarixi abidələrə kameralar quraşdırılacaq
04 Oct 2024 | 20:28
İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri
04 Oct 2024 | 20:20
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
04 Oct 2024 | 20:15
Kiyevdə gərginlik: Onu da qovur
04 Oct 2024 | 20:08
Ən uzunömürlü bürclər - Kimi hansı xəstəlik gözləyir?
04 Oct 2024 | 20:00
Bu meyvə görmə qabiliyyətini yaxşılaşdırır
04 Oct 2024 | 19:55
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
04 Oct 2024 | 19:48
"Apple" qatlanan "iPhone"un buraxılışını təxirə salır - Problemlər var
04 Oct 2024 | 19:43
Heyvanlarla rəhmsiz rəftar edənləri 2 min manat cərimə gözləyir
04 Oct 2024 | 19:38
Açıq deyirəm: İsrailin hiyləgər planının hədəfi... - Ərdoğan
04 Oct 2024 | 19:30
Babəkdə evdən 9 min manat oğurlandı
04 Oct 2024 | 19:25
Bakıda yeni bulvar salınır - VİDEO
04 Oct 2024 | 19:18
"Hizbullah"ı ermənilərlə nə birləşdirir?
04 Oct 2024 | 19:03
Vaqif Mustafayevin qolu sınıb - FOTO
04 Oct 2024 | 18:58
Azərbaycan-Gürcüstan sərhədində 350 avtomobil gözləyir
04 Oct 2024 | 18:43
Bunu edənlər 500 manat cərimələnəcək
04 Oct 2024 | 18:35
Bu şəxslər 4000 manat cərimələnəcək
04 Oct 2024 | 18:30
Cərimələr artırılır – 300 manatdan 7000 manatadək
04 Oct 2024 | 18:25
Timsah tamaşa zamanı məşqçiyə HÜCUM etdi - VİDEO
04 Oct 2024 | 18:24
“ABŞ və ədalət? – Bu ki, cəfəngiyyatdır”
04 Oct 2024 | 18:20
Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər
04 Oct 2024 | 18:15
Siqaret çəkənlərin NƏZƏRİNƏ - Cərimələr KƏSKİN ARTIRILIR
04 Oct 2024 | 18:12
Körpələrin inkişafı üçün ən yaxşı qida
04 Oct 2024 | 18:10
Sentyabrda temperatur iqlim normasından yüksək olub
04 Oct 2024 | 18:04
Cəbrayılda ilk "Şəhər günü" keçirildi - FOTOLAR
04 Oct 2024 | 17:59
Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO
04 Oct 2024 | 17:54
“İstisu” bu ölkəyə ixrac olunacaq - FOTO
04 Oct 2024 | 17:48
Zəfərə gedən yol...
04 Oct 2024 | 17:43
Vidadi İsayev Bərdənin Mollagüllər kəndində səyyar qəbul-görüş keçiridi - FOTOLAR
04 Oct 2024 | 17:38
Joze Mourinyo "Fənərbağça"dan ayrılır?
04 Oct 2024 | 17:34
Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş VƏHŞİLİK
04 Oct 2024 | 17:29
İnzibati Xətalar Məcəlləsinə yeni sanksiyalar əlavə ediləcək - FOTO
04 Oct 2024 | 17:24
"Bu yaşda 3 uşaq anası ölməz" - Dünyasını dəyişən bacısından yazdı
04 Oct 2024 | 17:19
"Bu gedişlə 2030-cu ildən sonra qəribə bir düzən peyda olacaq...”-Sabiq səfir
04 Oct 2024 | 17:13
“4 Xalq artistini bir çağırır, bayağı oxuyana isə xüsusi buraxılış həsr edirlər”
04 Oct 2024 | 17:07
"İt hürər, karvan keçər..."
04 Oct 2024 | 17:01
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
04 Oct 2024 | 16:56
Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş
GÜNLÜK
04 Oct 2024 | 13:38
"Nədən İsrailə hava hücumlarını dəf etməkdə kömək göstərilir, amma Ukraynaya göstərilmir?" - Pentaqon
04 Oct 2024 | 20:00
Bu meyvə görmə qabiliyyətini yaxşılaşdırır
04 Oct 2024 | 14:54
Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər - YENİLƏNİB
04 Oct 2024 | 22:23
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?
04 Oct 2024 | 15:04
ABŞ-ın sabiq prezidenti Cimmi Karterin 100 yaşı tamam oldu
04 Oct 2024 | 14:29
Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO/VİDEO
04 Oct 2024 | 14:48
Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər
04 Oct 2024 | 15:52
Azərbaycanlı aktrisa "Mükəmməl bəy" axtarır
04 Oct 2024 | 13:48
"Sülh müqaviləsi Ermənistanı xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur" – Günay Ağamalı
04 Oct 2024 | 12:59
Ən yaxşı gəlinlərin doğulduğu BÜRCLƏR
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
AYLIQ
04 Oct 2024 | 13:38
"Nədən İsrailə hava hücumlarını dəf etməkdə kömək göstərilir, amma Ukraynaya göstərilmir?" - Pentaqon
04 Oct 2024 | 20:00
Bu meyvə görmə qabiliyyətini yaxşılaşdırır
04 Oct 2024 | 14:54
Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər - YENİLƏNİB
04 Oct 2024 | 22:23
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?
04 Oct 2024 | 15:04
ABŞ-ın sabiq prezidenti Cimmi Karterin 100 yaşı tamam oldu
04 Oct 2024 | 14:29
Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO/VİDEO
04 Oct 2024 | 14:48
Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər
04 Oct 2024 | 15:52
Azərbaycanlı aktrisa "Mükəmməl bəy" axtarır
04 Oct 2024 | 13:48
"Sülh müqaviləsi Ermənistanı xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur" – Günay Ağamalı
04 Oct 2024 | 12:59
Ən yaxşı gəlinlərin doğulduğu BÜRCLƏR